Türkiyə soydaşlarına QUCAQ AÇIR — Artıq "əcnəbi" sayılmayacaqlar

Türkiyə soydaşlarına QUCAQ AÇIR —  Artıq "əcnəbi" sayılmayacaqlar
13.10.2025 15:32 Təhlil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli şəxslərin Türkiyədəki statusu haqqında yeni sərəncam imzalayıb.


Yeni sərəncama əsasən, artıq türk soylu əcnəbilər — yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım və Qaqauz icmalarına mənsub şəxslər Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.


Onlar həm dövlət, həm də özəl müəssisələrdə daha asanlıqla işləmək imkanı əldə edəcəklər. Bu qərar 2527 saylı Qanun çərçivəsində qəbul edilib və türk soylular üçün iş icazəsi prosedurlarını xeyli sadələşdirir. Artıq türk soylular “əcnəbi” sayılmayacaq, öz vətənlərində olduğu kimi, Türkiyədə yaşaya və işləyə biləcəklər.

Bəs bu qərarı türk dövlətlərinin birliyi baxımından necə dəyərləndirmək olar?

Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin TodayPress TV-yə açıqlamasında bildirib ki, bir neçə gün öncə qüvvəyə minmiş bu qərar ümumilikdə çox müsbət qiymətləndirilə bilər:


“Bütün türk soylu xalqlar öz ölkələri ilə yanaşı, Türkiyəni də hər zaman ikinci vətənləri hesab ediblər. Türkiyə daxilində türk soylulara qarşı yad kimi davranılması mənəvi baxımdan hər birimizi üzən hal olub. Lakin səbəb yalnız bu deyil. Məncə, bu qərar həm də Türkiyə daxilində türk genofondunun üstünlüyünü təmin etmək və milli identiteti sağlam saxlamaq baxımından olduqca vacibdir.

Osmanlı dövründə də buna bənzər qərarlara rast gəlinirdi. Sərəncamın bəndlərindən biri türk soyluların vətəndaşı olduqları ölkədə məcburi səbəblərlə peşəsini icra edə bilməyən və ya əsas əhalidən fərqli etnik və mədəni kimliyə görə sıxışdırılan təbəqələrin himayəsini nəzərdə tutur.


Bu gün Rusiya, Çin, İran kimi ölkələrdə yaşayan türk soylular var ki, məhz etnik mənsubiyyətlərinə görə müxtəlif təzyiqlərlə üzləşirlər. Belə insanlar üçün Türkiyənin ümid yeri olması, onlara qucaq açması alqışlanmalıdır. Tarixə nəzər salsaq, görərik ki, ötən əsrin əvvəllərində də həmin coğrafiyalardan köçmək məcburiyyətində qalan türk icmalarının ziyalıları Osmanlıya pənah aparıb, daha sonra isə Türkiyə Cümhuriyyətinin qurulmasında mühüm rol oynayıblar".

İlqar İlkin əlavə edib ki,  Azərbaycanda da “Soydaşlar haqqında” qanun qəbul edilə bilər:

“Belə bir qanunun vacibliyi zaman-zaman gündəmə gətirilib. Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatında ən fəal və təsir gücünə malik ölkələrdən biridir. Biz də eyni məzmunda bir qərar qəbul edə bilərik. Dünyada 50 milyondan çox soydaşımız yaşayır və onlar harada olmaqlarından asılı olmayaraq, Azərbaycanı öz əsas vətəni sayırlar. Eyni sözləri bütün türk soylu icmalara da şamil etmək mümkündür. Bu kimi qərarlar türk dövlətlərinin təbii inteqrasiyasında əvəzsiz rol oynaya bilər".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Maştağada güclü yanğın başladı 23:35 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 Bütün Xəbərlər