Tehranla bağlı KRİTİK TƏKLİF: Generaldan DƏSTƏK gəldi

Tehranla bağlı KRİTİK TƏKLİF: Generaldan DƏSTƏK gəldi
13.03.2026 13:50 Təhlil

İranda paytaxtın Tehrandan köçürülməsi məsələsi yenidən müzakirə olunmağa başlayıb.


Prezident Məsud Pezeşkianın bu təşəbbüsünə ölkənin nüfuzlu hərbi simalarından biri, general-leytenant Yəhya Rəhim Səfəvi də ciddi dəstək ifadə edib. General Tehranın mövcud vəziyyətini "ekoloji fəlakət" kimi qiymətləndirərək, xüsusilə son təhlükəsizlik təhdidləri fonunda şəhərin strateji zəifliyini diqqətə çatdırıb. 

Bəs hansı şəhər İran üçün Tehrana alternativ ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə hazırda İranın paytaxtı olan Tehranın uzun illərdir, ciddi struktur problemlərlə üzləşdiyini izah edib:


“Şəhər həm əhali sıxlığı, həm də ekoloji vəziyyət baxımından böyük təzyiq altındadır. Tehran və onun ətraf metropol zonasında 15 milyona yaxın insan yaşayır ki, bu da şəhərin infrastrukturuna və resurslarına ciddi yük yaradır. Hava çirklənməsi, nəqliyyat sıxlığı və su qıtlığı paytaxtın gündəlik problemlərinə çevrilib. Bundan əlavə, Tehran aktiv seysmik zonada yerləşir və böyük zəlzələ ehtimalı uzun müddətdir ki, mütəxəssisləri narahat edən amillərdən biridir. Bütün bunlar şəhərin uzunmüddətli perspektivdə paytaxt statusunu qorumasının davamlılığını sual altına qoyur”.

Tarixi təcrübə və müasir çətinliklər...

Y. Bağırzadə tarixi əsas gətirərək bildirib ki, İranda paytaxtın dəyişdirilməsi nadir hadisə deyil:  


“Müxtəlif dövrlərdə ölkənin siyasi mərkəzi fərqli şəhərlərdə yerləşib. Məsələn, Səfəvilər dövründə İsfahan Şah Abbas tərəfindən paytaxt elan edilmiş və bu qərar dövlətin iqtisadi və siyasi gücünün artmasına xidmət etmişdi. Daha əvvəl isə Təbriz və Qəzvin kimi şəhərlər də dövlət mərkəzi rolunu oynayıb. Bu tarixi təcrübə göstərir ki, paytaxtın köçürülməsi İran siyasi ənənəsində mümkün və bəzən zəruri hesab edilən bir addım kimi qiymətləndirilir. Bununla belə, müasir dövrdə paytaxtın köçürülməsi daha mürəkkəb və maliyyə baxımından ağır bir layihədir. Dövlət institutlarının, diplomatik nümayəndəliklərin, hərbi strukturların və iqtisadi mərkəzlərin yeni şəhərə köçürülməsi nəhəng maliyyə və logistika resursları tələb edir. Bu səbəbdən belə bir qərarın qısa müddətdə reallaşması real görünmür”.

Namizəd şəhərlərdən hansı daha uyğundur?

Siyasətçinin sözlərinə görə, praktik müzakirə mərhələsində paytaxt üçün bir neçə namizəd irəli sürülə bilər: 

İsfahan: Tarixi və coğrafi baxımdan potensial variantlardan biri sayılır. Şəhər ölkənin mərkəzində yerləşir və inkişaf etmiş infrastruktura malikdir. Lakin son illərdə bölgədə su qıtlığının dərinləşməsi bu variantın perspektivlərini zəiflədir.


Şiraz: Digər mümkün variant olan bu tarixi və mədəni mərkəz daha sabit iqlimə malikdir və cənub ticarət marşrutlarına yaxındır.


Makran sahilləri: İranın cənub-şərqində tamamilə yeni planlaşdırılmış bir paytaxt şəhərinin qurulması da mümkün ssenari kimi irəli sürülür.


Yusif Bağırzadə Tehranın yaxın perspektivdə İranın siyasi mərkəzi olaraq qalmağa davam edəcəyini düşünür:  

“Lakin ekoloji problemlərin dərinləşməsi, təhlükəsizlik riskləri və regional inkişaf strategiyaları bu ideyanın İranın siyasi gündəmində uzun müddət qalacağını göstərir. Bu məsələ daha çox uzunmüddətli strateji planlaşdırma və ölkənin gələcək urbanizasiya modelinin formalaşdırılması ilə birbaşa bağlıdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Все новости