"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR

"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR
29.10.2025 10:45 Təhlil

“Sülh” Ermənistan üçün tanış olmayan məfhumdur”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin qonşu Azərbaycanla münasibətlərinin normallaşması məsələsinə toxunarkən deyib.


O, həmçinin Bakı ilə sülhün bərqərar olması üçün səyləri davam etdirməyə çağırıb. 

“Biz sülhün Ermənistan üçün naməlum məfhum olduğunu qəbul etməliyik. Çünki ölkə müstəqilliyinin ilk günlərindən münaqişə vəziyyətindədir...” - deyə Paşinyan bildirib.

Baş nazirin etirafı Ermənistan cəmiyyəti tərəfindən necə qarşılanacaq? Bu açıqlama özündə nəyi ehtiva edir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bildirib ki, Nikol Paşinyanın bu ifadəsi həm siyasi, həm də psixoloji məna daşıyır və Ermənistan daxilində ciddi rezonans doğuracağı gözlənilir:


“Əslində, Paşinyan bu sözlərlə dolayısı ilə Ermənistan cəmiyyətinin müharibə və düşmənçilik üzərində qurulmuş siyasi-ictimai kimliyini etiraf edir. Ermənistan müstəqillik əldə etdikdən bəri “Qarabağ ermənilərin milli məsələsidir”, “Azərbaycan düşməndir” kimi qarşıdurma ideologiyaları ilə formalaşıb. Paşinyan isə bu gün həmin ideoloji bünövrənin ölkəni dalana dirədiyini açıq şəkildə etiraf edir. Bu həm də Ermənistan üçün ideoloji dönüş çağırışıdır — “münaqişə dövləti”ndən “sülh dövləti”nə keçidin mesajıdır”.

Ekspert Paşinyanın açıqlamasının Ermənistan daxilində yarada biləcəyi təsirlərdən də bəhs edib:


“Bu etirafın Ermənistanda iki fərqli düşərgə tərəfindən fərqli qarşılanacağı aydındır. Radikal müxalifət və keçmiş “Qarabağ klanı” bu bəyanatı “milli məğlubiyyətin” etirafı kimi dəyərləndirəcək və Paşinyanı Azərbaycan qarşısında təslim olmaqda ittiham edəcək. Artıq bu tendensiya “Hayastan” və “Daşnaqsütyun” partiyalarının bəyanatlarında da özünü göstərir. Digər tərəfdən, islahatçı və realist təbəqə bu çıxışı doğru, lakin gecikmiş bir reallığın etirafı kimi qiymətləndirəcək”.

Anar İsayev bu açıqlamanın erməni cəmiyyətində sülh tərəfdarları ilə “köhnə Qarabağ düşüncəsinin” daşıyıcıları arasında qütbləşməni daha da dərinləşdirə biləcəyini ehtimal edir. O, həmçinin əlavə edib ki, Paşinyanın bəyanatı beynəlxalq arenaya yönəlmiş “sülh siqnalı” kimi də şərh oluna bilər. O, Qərbə göstərmək istəyir ki, Ermənistan artıq müharibə psixologiyasından imtina etməyə hazırdır.

“Qeyd etmək lazımdır ki, Ermənistan uzun illər milli kimliyini münaqişə üzərində qurduğu üçün bu kimlik indi dağılır. Paşinyan anlayır ki, ölkənin inkişafı üçün yeni ideoloji əsas — sülh və iqtisadi əməkdaşlıq lazımdır. Lakin bu transformasiya həm ağrılı, həm də qarşıdurmalı proses olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 Bütün Xəbərlər