"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR

"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR
29.10.2025 10:45 Təhlil

“Sülh” Ermənistan üçün tanış olmayan məfhumdur”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin qonşu Azərbaycanla münasibətlərinin normallaşması məsələsinə toxunarkən deyib.


O, həmçinin Bakı ilə sülhün bərqərar olması üçün səyləri davam etdirməyə çağırıb. 

“Biz sülhün Ermənistan üçün naməlum məfhum olduğunu qəbul etməliyik. Çünki ölkə müstəqilliyinin ilk günlərindən münaqişə vəziyyətindədir...” - deyə Paşinyan bildirib.

Baş nazirin etirafı Ermənistan cəmiyyəti tərəfindən necə qarşılanacaq? Bu açıqlama özündə nəyi ehtiva edir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bildirib ki, Nikol Paşinyanın bu ifadəsi həm siyasi, həm də psixoloji məna daşıyır və Ermənistan daxilində ciddi rezonans doğuracağı gözlənilir:


“Əslində, Paşinyan bu sözlərlə dolayısı ilə Ermənistan cəmiyyətinin müharibə və düşmənçilik üzərində qurulmuş siyasi-ictimai kimliyini etiraf edir. Ermənistan müstəqillik əldə etdikdən bəri “Qarabağ ermənilərin milli məsələsidir”, “Azərbaycan düşməndir” kimi qarşıdurma ideologiyaları ilə formalaşıb. Paşinyan isə bu gün həmin ideoloji bünövrənin ölkəni dalana dirədiyini açıq şəkildə etiraf edir. Bu həm də Ermənistan üçün ideoloji dönüş çağırışıdır — “münaqişə dövləti”ndən “sülh dövləti”nə keçidin mesajıdır”.

Ekspert Paşinyanın açıqlamasının Ermənistan daxilində yarada biləcəyi təsirlərdən də bəhs edib:


“Bu etirafın Ermənistanda iki fərqli düşərgə tərəfindən fərqli qarşılanacağı aydındır. Radikal müxalifət və keçmiş “Qarabağ klanı” bu bəyanatı “milli məğlubiyyətin” etirafı kimi dəyərləndirəcək və Paşinyanı Azərbaycan qarşısında təslim olmaqda ittiham edəcək. Artıq bu tendensiya “Hayastan” və “Daşnaqsütyun” partiyalarının bəyanatlarında da özünü göstərir. Digər tərəfdən, islahatçı və realist təbəqə bu çıxışı doğru, lakin gecikmiş bir reallığın etirafı kimi qiymətləndirəcək”.

Anar İsayev bu açıqlamanın erməni cəmiyyətində sülh tərəfdarları ilə “köhnə Qarabağ düşüncəsinin” daşıyıcıları arasında qütbləşməni daha da dərinləşdirə biləcəyini ehtimal edir. O, həmçinin əlavə edib ki, Paşinyanın bəyanatı beynəlxalq arenaya yönəlmiş “sülh siqnalı” kimi də şərh oluna bilər. O, Qərbə göstərmək istəyir ki, Ermənistan artıq müharibə psixologiyasından imtina etməyə hazırdır.

“Qeyd etmək lazımdır ki, Ermənistan uzun illər milli kimliyini münaqişə üzərində qurduğu üçün bu kimlik indi dağılır. Paşinyan anlayır ki, ölkənin inkişafı üçün yeni ideoloji əsas — sülh və iqtisadi əməkdaşlıq lazımdır. Lakin bu transformasiya həm ağrılı, həm də qarşıdurmalı proses olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər