Şanslar dəyərləndirilir: Türkiyə nüvə silahına sahib ola bilər?

Şanslar dəyərləndirilir: Türkiyə nüvə silahına sahib ola bilər?
02.06.2025 14:55 Təhlil

Nüvə silahına sahib olmaq bu gün artıq yalnız hərbi güc deyil, həm də siyasi çəkindirmə vasitəsi və strateji üstünlük simvoludur. Rəsmi olaraq nüvə silahı olmayan, lakin regional ambisiyaları olan dövlətlər arasında bu silaha sahib olmaq məsələsi getdikcə daha çox müzakirə olunur. Yaxın zamanlarda Türkiyə və İranın da nüvə silahına sahib olacağı ehtimalları səsləndirilir.

Maraqlıdır, Türkiyə və İran nüvə silahına sahib ola bilərmi?

Mövzu ilə bağlı siyasi ekspert Rusif Məmmədsoy TodayPress TV-yə danışıb.   

O, iki ölkənin nüvə silahı əldə etmə ehtimallarını dəyərləndirib:

“Nüvə silahı İkinci Dünya müharibəsinin sonlarında əldə edilib. Həmin dövr üçün birmənalı şəkildə təhlükəsizlik təminatı verirdisə, bu gün vəziyyət bir qədər fərqlidir. Dünya sürətlə şəkil dəyişir. Qlobal miqyasda gedən savaşlar, nüfuz müharibələri və s. bizə bunu deməyə əsas verir ki, dünyanın təhlükəsizlik arxitekturası yenidən cızılır. Baş verən hadisələr onu göstərir ki, yeni dünyada sürətlə böyüyən Türkiyə xüsusi əhəmiyyətə sahibdir. Belə ki, Cənubi Qafqaz da daxil olmaqla, dünyanın istənilən bölgəsində Türkiyənin bu və ya digər formada iştirakını görə bilirik. Bundan əlavə, hazırda Rusiya Ukrayna savaşı fonunda Avropanın təhlükəsizlik qayğıları onları Türkiyəyə möhtac edib. Bu illər ərzində həm PKK ilə savaş, həm də müdafiə sənayesində inqilabi yeniliklər Türkiyəni gücləndirməklə yanaşı, real güc kimi qəbul olunmasına gətirib çıxardı”. 

Analitik Türkiyənin rəqibi hesab olunan İranın hərbi arsenalının Türkiyə ilə rəqabətə kifayət etmədiyini düşünür:  

“Şübhəsiz ki, Türkiyənin regional rəqibləri arasında İran da var. İranın arsenalında çoxlu silah və ya raket olsa da, bu, Türkiyə ilə rəqabət üçün kifayət edə bilməz. Son Hindistan-Pakistan qarşıdurması da sübut etdi ki, Türkiyə istehsallı qırıcı və silahlar müasir savaşların taleyini həll etmək qüdrətindədir”. 

R. Məmmədsoy hər iki ölkənin nüvə silahı əldə etmə şansını müqayisə edib:  

“İran uranın zənginləşdirilməsini kritik 90% həddinə çatdırmağa yaxındır. Bu səbəbdəndir ki, müxtəlif Qərb mənbələri İsrailin İranı vuracağı qənaətindədir. Düşünmürəm ki, hazırkı vəziyyətdə İrana nüvə silahına sahib olmaq imkanı verilsin. Belə olacağı təqdirdə, İranın siyasəti İsrail və ABŞ üçün fəlakətli nəticələr doğura bilər. Türkiyənin şansı isə kifayət qədər yüksəkdir. Öncəliklə, həm İranın bu istiqamətdə təşəbbüsü, həm də İsrailin qeyri-rəsmi nüvə gücü olması Türkiyəni də buna sövq edə bilər. Bunu həyata keçirmək üçün imkanlar da mövcuddur. Bir detalı da diqqətdən qaçırmaq olmaz ki, Türkiyə həm də Azərbaycan-Pakistan-Türkiyə hərbi ittifaqında yer alır. Pakistan yeganə nüvə silahı olan İslam ölkəsi olaraq Türkiyə və Azərbaycanın təhlükəsizliyinə təminat verən ölkələrdəndir. O mənada bizim üçün nüvə silahı həyati əhəmiyyət daşımır”. 

Analitik sonda inqilabi yeniliklər edən qardaş Türkiyənin tez zamanda nüvə silahı ilə bağlı açıqlama verə biləcəyini də istisna etməyib. 

Qiymət Mahir

FOTOLAR

Şanslar dəyərləndirilir: Türkiyə nüvə silahına sahib ola bilər? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
BP AÇG yatağında sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Bütün Xəbərlər