Rusiyanın Cənubi Qafqaz planı: Ermənistan yenidən alətə çevrilir...

Rusiyanın Cənubi Qafqaz planı: Ermənistan yenidən alətə çevrilir...
21.05.2025 15:51 Təhlil

“Rusiya Cənubi Qafqaza Ermənistan vasitəsi ilə qayıtmaq istəyir”.

Politoloq Vəli Əlibəyov bunu TodayPress TV-yə danışarkən deyib.

O diqqətə çatdırıb ki, Rusiyanın başı Ukraynaya qarışdıqdan sonra bir müddət məcburən Cənubi Qafqazdan əlini çəkməli olub. Amma ABŞ-də Donald Tramp hakimiyyətə qayıtdıqdan və onun açıq şəkildə rusiyapərəst mövqe tutmasından sonra Kreml başa düşür ki, əvvəlki mövqelərini geri qaytarmaq üçün şans yaranıb. Cənubi Qafqaz da bu məsələdə onun üçün prioritet istiqamətdir. 

“Necə qayıdacaq? Əslində Rusiya Qafqazda var. Bilirik ki, Gürcüstandakı hakimiyyət birbaşa Rusiya mövqeyindədir. Ermənistan isə neçə illərdir Rusiyanın təsir dairəsindən çıxmağa çalışır. Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfər edib. Neçə müddətdir ki, Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın çıxarılması ilə bağlı söz-söhbət gəzir. Əlbəttə, bu, qeyri-realdır, çünki hüquqi cəhətdən 2045-ci ilə qədər aralarında müqavilə var. Bununla belə Ermənistanda belə mövqeyin səslənməsi Rusiyanı narahat edə bilər”. 

Analitikin qənaətincə, Lavrovun səfəri həm bu məsələni həll etmək, həm də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aktivliyini artırmaq məqsədi daşıya bilər:

“Çünki son illərdə Ermənistan KTMT-dən çıxmağa can atır. Bununla da Ermənistanı öz təsir dairəsinə qaytarmaq istəyir. Yəni Cənubi Qafqaza əsasən Ermənistan vasitəsi ilə qayıtmaq istəyir. Gümrüdəki baza NATO ölkəsi Türkiyənin qarşısını almaq funksiyası daşıyır. Ermənistan özü də Rusiya ilə NATO arasında bufer zona rolunu oynayır. Ermənistandan savayı Rusiya Azərbaycanı da nəzərdə tutur. Son zamanlar Azərbaycana qarşı edilən təzyiqlər, Milli Məclisin deputatı Azər Badamovun deportasiya edilməsi, Rusiyanın bəzi deputatlarının Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməsi Rusiyanın hələ də Azərbaycanla bağlı fikirlərinin olması barədə məlumat verir. Onlar heç istəməzdilər ki, Azərbaycan Qarabağı qaytarsın. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra istədilər ki, öz sülhməramlı qüvvələrini Qarabağda saxlasınlar. Bu da alınmayandan sonra müxtəlif yollar fikirləşməyə başlayıblar. Ola bilsin, Zəngəzur dəhlizi məsələsində də nəzarəti öz əllərinə götürmək istəyirlər”.

V. Əlibəyov sonda bildirib ki, Rusiyanın hazırda Qafqazda mövcudluğu Gürcüstan üzərindədir, Ermənistanda hərbi bazası var, amma mövqeləri zəifdir. O düşünür ki, Rusiya Azərbaycanı da təsir dairəsinə salmaq üçün ciddi cəhdlər göstərəcək.

Qeyd edək ki, Ukraynada mümkün atəşkəs gözləntiləri fonunda Rusiyanın regionumuza necə qayıdacağı və qayıtmaq üçün hansı rıçaqları işə salacağı sualı aktuallaşıb. 

Qiymət Mahir

FOTOLAR

Rusiyanın Cənubi Qafqaz planı: Ermənistan yenidən alətə çevrilir... — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər