Politoloq: “Türk birliyinə daxil olan xalqlar dünyanın qayğılarını öz qayğıları kimi qəbul edir”

Politoloq: “Türk birliyinə daxil olan xalqlar dünyanın qayğılarını öz qayğıları kimi qəbul edir”
06.10.2025 16:44 Təhlil

Oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü keçiriləcək. 

Azərbaycan Prezidentinin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də görüşdə iştirak edəcək.

“Dünyanın idarə olunmasında bu prinsiplər əvəzsiz rol oynayır”

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsi regional və qlobal siyasətdə böyük əhəmiyyətə malikdir:

"Bu Zirvə Görüşü çox vacib bir dövrdə baş verir. Görürük ki, Avropa, Asiya, Yaxın Şərq, xüsusən də Şərqi Avropada proseslər turbulent zolağa daxil olub və dərinliyə doğru hərəkət edir. Bu, əlbəttə ki, insanları, cəmiyyətləri ciddi şəkildə narahat edir. Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Görüşü ilk növbədə qlobal təhlükəsizliklə bağlıdır. Çünki bu dövlətlər əvvəlcə öz milli sərhədlərində, sonra isə ortaq ərazilərdə təhlükəsizliyin etibarlı şəkildə qorunması məsələsini gündəmə gətirirlər. Digər tərəfdən, ölkələr arasında inteqrasiyanın genişlənməsi, onun yeni sahələrə sirayət etməsi də vacibdir. Çünki təhlükəsizlik, əmin-amanlıq və sabitlik qorunursa, yeni beynəlxalq proqramlar da meydana çıxa bilər. Bu məqamlar bir-birindən asılıdır. Üçüncü məqam isə ondan ibarətdir ki, Türk birliyi özü iştirakçı ölkələrlə bərabər, dünya birliyinin ayrılmaz parçasıdır. Bizim digər qüvvələrlə qarşı-qarşıya gəlmək kimi bir niyyətimiz yoxdur. Əslində, Türk birliyi dövlətlərinin yaranmasına səbəb olan məramlar humanist və sülhsevər prinsiplərlə bağlıdır. Ümumiyyətlə, dünyanın idarə olunmasında bu prinsiplər əvəzsiz rol oynayır. Türk dövlətləri bu prinsipləri paylaşır və onların keşiyində durmağı bacarırlar".

“Azərbaycan ədalətin bərpasına nail olub”

Politoloq, həmçinin Prezident İlham Əliyevin sözügedən məsələ ilə bağlı BMT baş Assambleyasındakı tarixi çıxışını xatırladıb:

"Bu yaxınlarda Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı göstərdi ki, Azərbaycan dünya birliyinin qoyduğu qayda və qanunlara riayət edərək ədalətin bərpasına nail olub. Bu, tarixin işıqlı zolağında olduğumuzu sübut edir. Digər qardaş dövlətlərimiz olan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan – hamısı bu prinsipləri yüksək qiymətləndirir. Dövlətlər, geosiyasi oyunçular qaydalara riayət etdikdə etimad formalaşdırılır və güclənir ki, bu da ən öndər mahiyyət daşıyan məsələdir".

Onun sözlərinə görə, Qəbələdə keçiriləcək forumda bütün aktual məsələlər müzakirə olunacaq.

"İstər Şərq, istər Qərb tərəfi ilə bağlı mövzular diqqət mərkəzində olacaq. Dövlət başçılarının çıxışlarında onların mövqeyi əks olunacaq və yekunda birgə bəyannamə qəbul ediləcək. Bu bəyannamədə təşkilatın cari vəziyyəti, aktual məsələlərə yanaşması və dünyaya verəcəyi mesajlar öz əksini tapacaq”, - deyə politoloq bildirib.

Tofiq Abbasov son olaraq onu da vurğulayıb ki, Türk birliyinə daxil olan xalqlar dünyanın qayğılarını öz qayğıları kimi qarşılayır:”

“Düşünürəm ki, Qəbələdəki tədbir təkcə iştirakçı ölkələr üçün deyil, həm də dünya birliyi üçün çox vacib əhəmiyyət daşıyır. Həm də göstərir ki, Türk birliyinə daxil olan xalqlar dünyanın qayğılarını öz qayğıları kimi qəbul edir və əlindən gələni edəcək ki, problemli vəziyyətlər aradan qaldırılsın. İnsanlar yalnız regionda deyil, bütün dünyada rahat nəfəs ala bilsinlər”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ildə yaranıb. Təşkilatın məqsədi Türk dünyası ölkələri arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməkdir. Təşkilata hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan üzvdür.

Jalə Rövşən 

FOTOLAR

Politoloq: “Türk birliyinə daxil olan xalqlar dünyanın qayğılarını öz qayğıları kimi qəbul edir” — 1
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər