Laricanidən sonra İKİ AD ÇƏKİLİR: Dehqan və Cəlili kimdir?

Laricanidən sonra İKİ AD ÇƏKİLİR: Dehqan və Cəlili kimdir?
19.03.2026 16:34 Təhlil

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrailin hava zərbələri nəticəsində öldürülməsindən sonra onun vəzifəsinə kimin gələcəyi ilə bağlı müzakirələr ortaya çıxıb.   

İran mediası Hüseyn Dehqanın Əli Laricaninin yerinə İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunduğunu xəbər verir. Maraqlıdır ki, martın 18-də də “Tasnim” Səid Cəlilinin yeni katib olması barədə məlumat yayıb. 

Bəs adı çəkilən şəxslər kimdir?

Hüseyn Dehqan

Hüseyn Dehqan İranın hərbi və siyasi ierarxiyasında kifayət qədər nüfuzlu və strateji fiqurlardan biridir. Onun kimliyi və fəaliyyəti həm daxili hərbi sənaye, həm də regional təhlükəsizlik məsələləri ilə sıx bağlıdır. 


Dehqan İran İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) və onun hava qüvvələrində komandan kimi fəaliyyət göstərib. O, 1979-cu ildə baş verən İran inqilabından qısa müddət sonra doğma şəhərini tərk edərək Tehrana köçüb və SEPAH sıralarına qoşulub. SEPAH-da 1980–1982-ci illərdə Tehran üzrə SEPAH komandanı, daha sonra İsfahan, eləcə də Suriya və Livan üzrə komandan (1982–1983) və 1996-cı ildə SEPAH-ın Kooperativlər Fondunun baş direktoru vəzifələrini tutub. İran–İraq müharibəsi zamanı o, Möhsün Rzayi, Rəhim Səfəvi və Əli Şamxani ilə birlikdə SEPAH-ın aparıcı və qərarverici komandirlərindən biri olub. Suriya və Livanda isə SEPAH-ın təlim korpusunun komandanı kimi fəaliyyət göstərib. Dehqan karyerasına İran İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) başlayıb. 

1986-cı ildə SEPAH Hərbi Hava Qüvvələrinin komandan müavini təyin edilib və 1990-cı ilin aprelində bu qüvvələrin komandanı olub. O, bu vəzifədə 1992-ci ilə qədər çalışıb və daha sonra vəzifədə Məhəmməd Hüseyn Cəlali ilə əvəz olunub. 1992-ci ildə Dehqan SEPAH-ın Birləşmiş Qərargah rəisinin müavini təyin edilib. Sonradan briqada generalı rütbəsinə yüksəlib. 1997–2003-cü illərdə Prezident Məhəmməd Xatəmi dövründə müdafiə naziri Əli Şəmxaninin müavini kimi fəaliyyət göstərib. 

Həsən Ruhani hökumətində İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri vəzifəsini icra edib. Onun nazirliyi dövründə İranın raket proqramı əhəmiyyətli dərəcədə inkişaf edib və Rusiyadan "S-300" zenit-raket komplekslərinin alınması prosesi tamamlanıb.   

Hüseyn Dehqan ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq edilən şəxslər siyahısındadır. Onun adı tez-tez 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadalarının qərargahının partladılması hadisəsi ilə əlaqələndirilir. 

Dehqan 2021-ci il prezident seçkilərində namizədliyini irəli sürən ilk şəxslərdən biri idi, lakin sonradan namizədliyini İbrahim Rəisinin xeyrinə geri çəkdi. 

Səid Cəlili 

Səid Cəlili İranın siyasi elitasında mühafizəkarların ən sərt və ideoloji simalarından biri hesab olunur. Onu çox vaxt İranın xarici siyasətində "kompromissiz rəhbər" kimi tanıyırlar.


Cəlili 2007-2013-cü illərdə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi olub. Bu dövrdə o, İranın nüvə proqramı üzrə Qərblə aparılan danışıqlarda baş nümayəndə idi. Onun dövrü danışıqlarda heç bir geri addım atmaması və Qərb diplomatları ilə apardığı uzun, ideoloji xarakterli mübahisələrlə yadda qalıb.

Hazırda o, İranın keçmiş Ali Rəhbəri Ayətullah Əli Xameneinin Milli Təhlükəsizlik Ali Şurasındakı birbaşa nümayəndəsidir. Eyni zamanda Məsləhət Şurasının üzvüdür. İran siyasi kulislərində onu "Kölgə hökumətinin" rəhbəri adlandırırlar, çünki o, hər zaman mövcud hökumətlərin (xüsusən mülayim ruhani dövrünün) siyasətinə kəskin alternativlər təklif edib.

Cəlili "İslam İnqilabı dəyərlərinə" sadiqliyi ilə seçilir. O, ABŞ və Avropa ilə hər hansı yaxınlaşmaya tamamilə qarşıdır. Sanksiyalar altında xarici asılılığı minimuma endirən daxili istehsal modelini müdafiə edir. İranın regiondakı proksi qüvvələrini dəstəkləməyin strateji tərəfdarıdır.

Səid Cəlili İran-İraq müharibəsi veteranıdır. 1980-ci illərdə döyüşlərdə sağ ayağını itirib və bu səbəbdən İran cəmiyyətində ona "canlı şəhid" kimi böyük hörmət bəslənilir. Onun sadə həyat tərzi sürməsi (məsələn, köhnə avtomobil sürməsi) kütlə arasında onun "xalq adamı" imicini gücləndirir.   

O, bir neçə dəfə prezidentliyə namizəd olub. 2024-cü ildə İbrahim Rəisinin vəfatından sonra keçirilən növbədənkənar seçkilərdə Məsud Pezeşkianla ikinci tura qalıb. Seçkilərdə mühafizəkar elektoratın böyük səsini toplasa da, sonda islahatçı namizədə uduzub.  

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Все новости