Çinlilər öldürüldü, Pekin HƏRƏKƏTƏ KEÇDİ: Tacikistan sərhədində nə baş verir?

Çinlilər öldürüldü, Pekin HƏRƏKƏTƏ KEÇDİ: Tacikistan sərhədində nə baş verir?
18.03.2026 15:11 Təhlil

“Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bunun əsas səbəblərindən biri Əfqanıstan ərazisindən hər iki ölkəyə yönələn təhlükələrdir”.  

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.


O qeyd edib ki, Pekin Əfqanıstanda hakimiyyətdə olan “Taliban”la əməkdaşlıq etsə də, bu qüvvələrin ölkədəki müxtəlif silahlı qruplar üzərində tam nəzarəti yoxdur. 

“Bu qruplar qonşu dövlətlər üçün risk yaradır. Bu səbəbdən Çin 2017–2018-ci illərdə Tacikistanın Əfqanıstanla sərhədində 12 müşahidə məntəqəsi inşa edib və ümumilikdə ölkədə 15 hərbi və təhlükəsizlik obyektini maliyyələşdirib. Çin şirkəti “Huawei”nin avadanlıqları Tacikistanda simsiz rabitə istifadəçilərinin təxminən 70 faizinə xidmət göstərir, paytaxtda “Təhlükəsiz şəhər” kamera sistemi isə Çin krediti hesabına qurulub”,- ekspert vurğulayıb.   

Politoloq xatırladıb ki, Tacikistan parlamenti martın 4-də Çin tərəfindən maliyyələşdirilən, Əfqanıstanla sərhəd boyunca əlavə 9 obyektin tikintisini nəzərdə tutan layihəni təsdiqləyib:   


“Təxminən 61 milyon dollar dəyərində olan layihə qrant əsasında həyata keçiriləcək və vergilərdən azad ediləcək. Tikinti işləri üç mərhələdə aparılacaq, müşahidə məntəqələri, qərargahlar və infrastruktur təminatı (yollar, su və elektrik) daxil olmaqla geniş sahəni əhatə edəcək”.  

Ekspert hesab edir ki, bu addımlar bölgədə artan gərginliklə bağlıdır: 

“2025-ci ilin noyabrında pilotsuz uçuş aparatı ilə Xatlon vilayətində Çin şirkətinə məxsus əraziyə hücum nəticəsində üç Çin vətəndaşı həlak olub. Tacikistan bu hücumların Əfqanıstanın Bədəxşan əyalətindən qaynaqlandığını bildirib. Hadisədən sonra sərhəd təhlükəsizliyinin gücləndirilməsi qərarı verilib”.  

Analitik diqqətə çatdırıb ki, hücumlara görə məsuliyyəti heç bir qrup üzərinə götürməsə də, ekspertlər bunun arxasında İŞİD-in Xorasan qolunun olduğunu ehtimal edirlər.

Elxan Şahinoğlu sonda qeyd edib ki, Əfqanıstan mənşəli təhdidlər Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsi üçün də risk yaradır: 

“Çin Tacikistanın ən böyük investorudur və ölkənin Çinə borcu 800 milyon dolları keçib. Buna baxmayaraq, Pekin investisiyalarını davam etdirir. Tacikistanın uzun Əfqanıstan sərhədi və Çinin Sincan bölgəsinə yaxınlığı onu mühüm təhlükəsizlik buferinə çevirir. Bu kontekstdə Vaxan dəhlizi də potensial risk zonası kimi qiymətləndirilir”. 

Politoloq vurğulayıb ki, Çin bu sahədə Rusiya ilə rəqabət aparmır. 

“Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və ölkədə Rusiya hərbi bazası yerləşir. Tacikistanın hərbi tələbatının böyük hissəsi Rusiyadan təmin olunur. Buna görə də Çinin sərhəd təhlükəsizliyinə töhfəsi Moskvanın da maraqları ilə üst-üstə düşür”, - ekspert fikrini sonlandırıb.    

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Все новости