Bakı İsrail mediasının DİQQƏTİNDƏ: Mövzu Vətəndirsə…

Bakı İsrail mediasının DİQQƏTİNDƏ: Mövzu Vətəndirsə…
06.03.2026 18:15 Təhlil

“Cənab Prezident İlham Əliyev Azərbaycanın milli maraqları ilə bağlı hər zaman qətiyyət nümayiş etdirib”.    

 

Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Azər Badamov deyib.



 

Millət vəkili bildirib ki, bu məsələdə heç kimə güzəşt yoxdur:

 

"Düşünürəm ki, Azərbaycanın dövlət kimi imicini, həmçinin liderin necə olması və necə davranması ilə bağlı şəxsiyyət obrazını dövlət başçımız mükəmməl şəkildə təsvir edir və dünyaya təqdim edir. O, son dərəcə kritik məqamlarda belə milli maraqlardan geri dönməməyin vacib olduğunu bütün dünyaya göstərir".



 

Deputat qeyd edib ki, İran tərəfindən Naxçıvana dron hücumundan dərhal sonra cənab Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər və nümayiş etdirdiyi qətiyyətli mövqe dünya mediasının diqqətindən kənarda qala bilməzdi. Bütövlükdə görürük ki, cənab Prezidentin ritorikası Cənubi Qafqazla bağlı doğru və etimad doğuran məlumatların əldə olunması baxımından istinad edilən bir ritorikadır.

 

"Bu məqamda qeyd olunmalıdır ki, həmin qətiyyət İsrail mediasının da diqqətini çəkib. Çünki məsələ ondan ibarətdir ki, İran bu məsuliyyəti öz üzərindən götürərək başqa aktorların və tərəflərin üzərinə yönəltməyə çalışır. Bu isə yolverilməzdir. İran əgər özünü köklü dövlət kimi xarakterizə edirsə, səthi yanaşmalarla deyil, ciddi və məsuliyyətli qərarlar qəbul etməli, qətiyyətli addımlar atmalıdır. Bu məsələ bəsit sözlərlə keçişdiriləcək bir məsələ deyil. Yəni dürüstlüyə və düzgünlüyə üstünlük verilməlidir", - parlamentari vurğulayıb. 

 


A.Badamov əlavə edib ki, İranın atdığı yanlış addımlar bəzi dövlətlər tərəfindən yumşaq qarşılanır, sərt reaksiya verilmir, sərt ritorikadan qaçılır. Lakin Azərbaycan Prezidenti öz mövqeyində olduqca qətiyyətlidir. Şübhəsiz ki, məhz bu amil dövlətin nüfuzuna və imicinə müsbət təsir göstərir.

 

"Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan dövləti və Azərbaycan lideri dünyada prinsipial mövqeyə malik dövlət və lider kimi qəbul edilir və hörmət qazanır", - deputat əlavə edib.  

 

Qeyd edək ki, martın 5-də İran tərəfindən Naxçıvana edilən dron hücumundan sonra Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında qətiyyətli fikirlər səsləndirib. Bu xarici medianın da diqqətindən yayınmayıb. İsrail KİV-də yayımlanan məlumatlarda qeyd olunur ki, bəzi Körfəz ölkələrindən fərqli olaraq Azərbaycan Prezidenti çıxışlarında mövqeyini yumşaltmır və geri çəkilmir.

 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 Все новости