ABŞ-dən Aİ-yə ZƏRBƏ: Dörd ölkə niyə hədəfdədir?

ABŞ-dən Aİ-yə ZƏRBƏ: Dörd ölkə niyə hədəfdədir?
15.12.2025 16:29 Təhlil

KİV-də əks olunan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) dörd ölkəni – İtaliya, Macarıstan, Avstriya və Polşanı çıxarmaq istəyir.


Yeni qəbul edilən təhlükəsizlik strategiyası sənədində qeyd edilir ki, Vaşinqtonun təsirini artırmaq və bu ölkələri Aİ-dən uzaqlaşdırmaq məqsədilə Avstriya, İtaliya, Macarıstan və Polşa ilə “daha sıx işləmək” tövsiyə olunur.

Həmçinin sənəddə “suverenlik və ənənəvi Avropa həyat tərzinin qorunması/bərpası” üçün mübarizə aparan Avropa hərəkatlarını dəstəkləmək çağırışı yer alır.

Bəs Prezident Donald Trampın təhlükəsizlik strategiyasında Aİ-dən konkret dörd ölkənin adının çəkilməsi nə ilə izah olunur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, ABŞ Prezidentinin təhlükəsizlik strategiyasında Avstriya, İtaliya, Macarıstan və Polşanın ayrıca qeyd olunması təsadüfi xarakter daşımır və Vaşinqtonun Avropa siyasətində yeni güc xəritəsi formalaşdırmaq niyyətindən xəbər verir:


“Bu dörd ölkə Avropa İttifaqı daxilində Brüsselin mərkəzləşdirilmiş qərarlarına qarşı daha skeptik mövqeləri ilə seçilir. Tramp administrasiyası bu siyasi xətti öz maraqları baxımından əlverişli hesab edir və Aİ daxilində vahid mövqenin zəiflədilməsini strateji hədəf kimi müəyyənləşdirir”.

Politoloq qeyd edib ki, ABŞ-nin əsas məqsədi milli dövlətlərin qərarvermə prosesində daha müstəqil davranmasına şərait yaratmaqla Aİ-nin institusional gücünü zəiflətməkdir:

“Sözügedən ölkələr eyni zamanda enerji, təhlükəsizlik və miqrasiya məsələlərində Vaşinqtonla əməkdaşlığa daha açıq mövqe nümayiş etdirirlər. Trampın yanaşması Avropada “selektiv tərəfdaşlıq” modelinin gücləndirilməsinə hesablanıb və bu, ABŞ-nin Aİ-yə qarşı rəqabətçi mövqeyini daha da sərtləşdirir”.

Tural İsmayılov vurğulayıb ki, İtaliya və Avstriya kimi ölkələrdə populist siyasi qüvvələrin güclənməsi Vaşinqton üçün əlavə manevr imkanları yaradır:


“Macarıstan və Polşa isə artıq uzun müddətdir Brüssellə siyasi gərginlik yaşayır. Bu səbəbdən ABŞ həmin dövlətləri potensial “strateji dayaq nöqtələri” kimi qiymətləndirir. Tramp administrasiyası hesab edir ki, Aİ daxilində parçalanma ABŞ-nin qlobal təsir imkanlarını genişləndirir”.

Ekspertin sözlərinə görə, bu yanaşma eyni zamanda NATO daxilində də yeni güc balansının formalaşdırılmasına xidmət edir:

“ABŞ bu ölkələrlə ikitərəfli əməkdaşlığı gücləndirməklə Aİ-nin kollektiv qərarvermə mexanizmlərini zəiflətməyə çalışır. Bu isə Avropada ABŞ-dən daha çox asılılıq yaratmaq strategiyasının tərkib hissəsidir”.

Politoloq əlavə edib ki, Tramp administrasiyasının yanaşması Aİ-ni vahid geosiyasi aktor kimi deyil, fərqli maraqlara malik dövlətlər birliyi kimi qəbul etməyə əsaslanır:

“Avstriya, İtaliya, Macarıstan və Polşanın seçilməsi həm siyasi, həm ideoloji, həm də iqtisadi baxımdan məqsədyönlü addımdır. Vaşinqton bu ölkələr vasitəsilə Avropanın daxili dinamikasına təsir imkanlarını genişləndirməyi hədəfləyir. Bu strategiyanın uğurlu olacağı təqdirdə, Aİ-nin gələcək siyasi arxitekturasında ciddi dəyişikliklər qaçılmaz olacaq. Nəticə etibarilə, Tramp administrasiyası Avropada yeni güc mərkəzləri formalaşdırmaqla ABŞ-nin qlobal mövqeyini möhkəmləndirməyə çalışır”.

Qiymət Mahir

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Все новости