33 ildən sonra "NÜVƏ YARIŞI" — Trampın qərarı dünyanı silkələdi!

33 ildən sonra "NÜVƏ YARIŞI" — Trampın qərarı dünyanı silkələdi!
30.10.2025 18:23 Təhlil

ABŞ 33 ildən sonra ilk dəfə nüvə silahlarını yenidən sınaqdan keçirməyə hazırlaşır.

Prezident Donald Tramp bu barədə özünün “Truth Social” hesabında məlumat paylaşıb. O bildirib ki, digər ölkələr artıq sınaq proqramları həyata keçirir və ABŞ da geri qalmamalıdır.

“Müharibə Nazirliyinə göstəriş verdim ki, eyni qaydada bizim nüvə silahlarımızın da sınaqlarına başlanılsın. Bu proses dərhal başlayacaq. Dünyada ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin isə üçüncü yerdədir, amma beş il ərzində bizə çata bilər”, - Tramp vurğulayıb.

Donald Trampın 33 ildən sonra ABŞ-də nüvə sınaqlarının bərpası barədə verdiyi göstəriş beynəlxalq təhlükəsizlik sisteminə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Ənvər Ağazadənin fikrincə, bu, nüvə silahları ilə bağlı qlobal rəqabətin yenidən aktuallaşdığını göstərir. Çünki nüvə silahı dövlətin gücünün və təhlükəsizliyinin əsas göstəricilərindən biridir:

“Tramp istəyir ki, ABŞ bu sahədə Çin və Rusiyadan geri qalmasın. Onun üçün nüvə silahları əsas təminat vasitələrindən biridir. Lakin bu qərarın ciddi mənfi nəticələri də ola bilər.

Birincisi, digər ölkələr də nüvə sınaqlarını artıraraq yeni nüvə yarışı başlada bilərlər, bu isə silahlanmanın genişlənməsi və “Soyuq müharibə” dövrünü xatırladan gərginliklərə yol aça bilər. İqtisadi cəhətdən isə yarışa qatılan ölkələrdən hansı resurs cəhətdən dözə bilməyəcəksə, o daha da zəifləyəcək.

İkincisi, nüvə silahlarının geniş şəkildə istehsalı və sınaqların artması bütün bəşəriyyət üçün real təhlükədir. Hətta istifadə olunmasa belə, kütləvi sınaqlar ekoloji və insan sağlamlığı baxımından ciddi risklər yaradır. Nəticə etibarilə, nüvə sınaqlarının kütləvi şəkildə artması dünya üçün ciddi təhdiddir”.

Ekspertin sözlərinə görə, Trampın bu qərarı verməsinin ilkin səbəbi ABŞ-nin birincilik mövqeyini qorumaq istəməsidir:

“Digər tərəfdən, “Soyuq müharibə” illərində olduğu kimi rəqib ölkələrin iqtisadiyyatını zəiflətmək istəyir. Lakin bu siyasətin heç kəsə fayda gətirməyəcəyi açıqdır. Normal düşünən dövlət rəhbərləri belə bir silahlanmanın qarşısını almağa çalışmalıdırlar. Əvvəllər kütləvi silahlanmaya nəzarətə dair beynəlxalq müqavilələr imzalanmışdı. İndi həmin mexanizmlərin yenidən gündəmə gətirilməsi vacibdir. BMT və digər beynəlxalq təşkilatlar bu istiqamətdə müəyyən addımlar ata, ölkələrlə razılaşma əldə edərək nüvə silahlarının istehsalına və sınaqlarına məhdudiyyətlər qoymağa çalışa bilərlər. Nəzarət mexanizmləri yenidən ortaya qoyula bilər, amma nüvə silahlarının kütləvi istehsalı və sınaqlarının yaratdığı zərərlər çox geniş və təhlükəlidir”.

Qeyd edək ki, ABŞ Prezidentinin paylaşımı Rusiyada böyük ajiotaja səbəb olub. Hazırda Rusiya mətbuatı ABŞ-nin mümkün nüvə sınaqlarına dair onlarla material dərc edir.

Kremlin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib ki, Rusiya nüvə sınaqlarına qoyulan beynəlxalq moratoriumun mümkün pozulmalarını diqqətlə izləyir və lazım gəldikdə cavab tədbirləri görəcək.

Qiymət Mahir

FOTOLAR

33 ildən sonra "NÜVƏ YARIŞI" — Trampın qərarı dünyanı silkələdi! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər