Spirt hantavirusu məhv edir? - Həkimdən tövsiyə

Spirt hantavirusu məhv edir? - Həkimdən tövsiyə
15.05.2026 04:00 Sosial

Hantavirus etil spirti əsaslı birləşmələrə koronavirusla müqayisədə daha az davamlıdır. Patogeni məhv etmək üçün 30-40% konsentrasiyalı məhlul kifayət edir.

TodayPress TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti Samir Məmmədov danışıb.

"Koronavirusun inaktivləşdirilməsi üçün ən azı 70-80% etanol və ya ən azı 75% izopropanol tərkibi tələb olunur, hantavirus halında isə 30-40% kifayətdir", - deyə Samir Məmmədov bildirib.

Həkimin sözlərinə görə, tövsiyə spirtin daxilə qəbulunu nəzərdə tutmur, sadəcə əllərin və səthlərin dezinfeksiyasına aiddir. Ekspert vurğulayıb ki, spirtli içkilərin hantavirusa qarşı effektivliyinə dair elmi dəlil yoxdur. Alkoqoldan sui-istifadə immunitet sistemini zəiflədir və orqanizmin ümumi vəziyyətini pisləşdirir. Hantavirusun müalicəsi üçün spirtli içki içmək faydasızdır və sağlamlıq üçün təhlükəlidir.

Həmçinin Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko TASS-a bildirib ki, kruiz laynerində (gəmisində) epidemiyaya səbəb olan "Andes" hantavirusu mutasiyaya uğrayır və tədricən insana uyğunlaşır.

Onun sözlərinə görə, "Andes"in əlamətlərinə əsasən, onun mutasiyaya uğradığı aydındır.

"Bu, hansısa fəlakətin sübutu deyil, bu, ştammların mutasiyaya uğradığının sübutudur. Onlar uyğunlaşırlar və hər il öz ardıcıllıqlarını müəyyən dərəcədə dəyişirlər və immun sistemimizdən yaxşı yan keçirlər. (Hələki) hantaviruslar, xoşbəxtlikdən, aşağı virulentliyə və aşağı yoluxuculuğa malikdirlər, baxmayaraq ki, artıq yavaş-yavaş insandan insana keçməyə başlayıblar", - deyə Onişenko qeyd edib.

O əlavə edib ki, 2018-ci ildə Argentinada baş verən "Andes" epidemiyası virusun 35%-ə qədər yüksək ölüm nisbətini nümayiş etdirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Все новости