DSMF-in sədri BSTA-nın Bürosunun üzvü seçildi

DSMF-in sədri BSTA-nın Bürosunun üzvü seçildi
30.06.2025 16:16 Sosial

Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bürosunun 130-cu iclası keçirilib.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev açıq səsvermə yolu ilə BSTA-nın Bürosunun üzvü seçilib. 

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

İki gün davam edən iclasda Assosiasiyanın idarəçiliyində və xidmətlərinin təşkilində Büronun əhəmiyyəti vurğulanıb. Büro üzvləri və Texniki Komissiyaların sədr vəzifələrində dəyişikliklər, Assosiasiyaya üzvlük vəziyyəti və yeni müraciətlər barədə məlumat verilib.

İclasda BSTA-nın Prezidenti və Baş katibinin fəaliyyəti, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq, eləcə də 2024-cü il üzrə maliyyə və nəzarət ilə bağlı hesabatlar dinlənilib.

Eyni zamanda 2026-2028-ci illəri əhatə edən proqram və büdcə təklifləri, BSTA-nın Nizamnaməsinə dəyişikliklər üzrə təkliflər müzakirə olunub.

FOTOLAR

DSMF-in sədri BSTA-nın Bürosunun üzvü seçildi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər