Deputatdan "Mehdiyev işi"nə reaksiya: "Qanun qarşısında cavab verməlidir"

Deputatdan "Mehdiyev işi"nə reaksiya: "Qanun qarşısında cavab verməlidir"
21.10.2025 12:54 Siyasət

Azərbaycan Prezidentinin Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb.

O, dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi 14 oktyabr 2025-ci il tarixində Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev işiylə bağlı ictimaiyyət arasında müxtəlif fikirlər səslənir.

O cümlədən parlament üzvlərinin bu məsələyə baxışı da maraq doğurur.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu hadisənin açılması Azərbaycan dövlətinin möhkəmliyini və qanunçuluq prinsiplərinə sadiqliyini göstərir:

“Azərbaycan dövləti hər hansı qeyri-qanuni hərəkətin qarşısını ala biləcək mexanizmlərə sahibdir. Kimlərinsə dövlətə qarşı fəaliyyətinin qarşısı zamanında alınır. Qanun qarşısında hamı bərabərdir və hər kəs etdiyi əmələ görə cavab verməlidir. Nəzərə alaq ki, Ramiz Mehdiyev bu hərəkəti vəzifədə olarkən yox, artıq təqaüddə olduğu və o cümlədən ictimai fikrə təsir imkanları olmadığı bir zamanda edib. Əməlinə görə də bu gün hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir".

Deputat qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti ciddi bir dövlət qurumudur və onun tərəfindən irəli sürülən ittihamlar əsaslı faktlara söykənir:

“Bir qayda olaraq, belə rezonans doğuran məsələlər barədə ictimaiyyətə mütəmadi məlumat verilir. Hadisə cəmi bir neçə gündür məlum olub. Bu isə o deməkdir ki, müəyyən vaxtdan sonra məsələ ilə bağlı ətraflı açıqlama veriləcək".

Aydın Mirzəzadə əlavə edib ki, ictimaiyyətin və parlament üzvlərinin sərt reaksiyası Azərbaycan xalqının dövlətçiliyə və müstəqilliyə sadiqliyini göstərir:

“Azərbaycan xalqı öz dövlətçiliyini qoruyur, qiymətləndirir və heç bir halda dövlətinə zərər vurmaq istəyən qüvvələri dəstəkləməyəcək. Bu hadisənin qarşısının alınması göstərir ki, Azərbaycan dövləti heç bir zaman onun daxili işlərinə qarışmaq istəyən xarici qüvvələrə imkan verməyəcək və bundan sonra da müstəqil siyasətini davam etdirəcək".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Bütün Xəbərlər