Cihangir İşbilir: Türkiyə–Azərbaycan birliyi mənəvi əhəmiyyətə malikdir

Cihangir İşbilir: Türkiyə–Azərbaycan birliyi mənəvi əhəmiyyətə malikdir
17.10.2025 17:41 Siyasət

Türkiyə–Azərbaycan birliyinin əhəmiyyəti Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir.

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və 29 Oktyabr Türkiyə Respublikasının Cümhuriyyət Günü­nə həsr olunmuş “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini yol xəritəsi kimi qiymətləndirdiyini vurğulayıb:

“Bu bəyannamə Azərbaycan və Türkiyə arasında imzalanmış və içərisində müttəfiqlik sözünün əks olunduğu ilk sənəddir. Tarixdə mövcud olan Türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər bütün məsələləri özündə əks etdirən bir sənəd imzalanmayıb. Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir. Bu münasibətlər Türk dünyasının mənəvi, siyasi, mədəni münasibətlərinin lokomotividir”.

C.İşbilirin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında çoxvektorlu əməkdaşlığı bu bəyannamə daha da dərinləşdirir.

“Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışına gedən Azərbaycan prezidentini orada insanlar Qarabağ Fatehi deyə qarşıladılar. Azərbaycan və Türkiyə mediasında bu məsələ həmin vaxt gündəm oldu. Yəni önəmli məsələlərin cəmiyyətin bütün təbəqələrinə ötürülməsi çox vacibdir. Şuşa Bəyannaməsi də iki ölkə arasındakı münasibətlər baxımından həmin önəmli məsələlərdəndir. Şuşa Bəyannaməsinin simvollarını çox yaxşı tanıtmaq lazımdır. Ümumiyyətlə, Türkiyədə Azərbaycanla bağlı məlumatlılığı mütləq artırmaq lazımdır. Buna ehtiyac var”, – o vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər