Xəzər Tibb Mərkəzinə mediatur təşkil olundu

Xəzər Tibb Mərkəzinə mediatur təşkil olundu
11.12.2025 17:24 Sağlamlıq

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub. 

TodayPress TV xəbər verir ki, təşkil olunan mediaturun məqsədi media nümayəndələrini tibb müəssisəsində yaradılan infrastruktur, müasir tibbi imkanlar, icbari tibbi sığorta sisteminin tətbiqi və göstərilən xidmətlərin təşkili ilə yerində tanış etməkdir.

Mediatur iştirakçılarını salamlayan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, bu, cari il ərzində TƏBİB və Agentliyin birgə keçirdiyi dördüncü və sonuncu media turdur.  

Departament rəhbəri mediaturların jurnalistlərin tibb müəssisələri, oradakı şərait və yeniliklərlə yerində tanış olması və ictimaiyyətin məlumatlandırılması baxımından geniş imkan yaratdığını bildirib:

“Bu gün TƏBİB-in məqsədlərindən biri də informasiya açıqlığının təmin olunmasıdır. Bu istiqamətdə tabelitibb müəssisələrinin rəsmi internet saytlarının istifadəyə verilməsi üçün işlər sürətləndirilib. 

Cari il ərzində “Vahid Xəstəxana Saytı” layihəsi icra olunub, sözügedən layihə çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi internet saytı üzrə işlər yekunlaşıb. Bundan əlavə, Binəqədi, Xətai və Sumqayıt tibb mərkəzlərinin, həmçinin Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının rəsmi internet saytları üzrə də işlər davam etdirilir”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb: 

“Son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya və s.) təmin edilib.

Səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb".

TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva Xəzər Tibb Mərkəzində yaradılan tibbi xidmətlər, nəzərdə tutulan layihələrlə bağlı məlumatları diqqətə çatdırıb.

Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev bildirib ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində ümumilikdə 230 724 nəfər Xəzər Tibb Mərkəzinə müraciət edib:

“Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində müraciət edən 230 724 nəfərə ümumilikdə 780 134 tibbi xidmət göstərilib. Həmin dövrdə 5125 nəfər stasionar müalicə alıb. 2025-ci ilin ilk 11 ayında  2713 cərrahi prosedur icra olunub. Məhz cərrahi xidmətlərinin sayının və keyfiyyətinin artırılması istiqamətində də işlər davam etdirilir”.

Daha sonra Xəzər Tibb Mərkəzində Poliklinika, Radiologiya, Laboratoriya, Təcili tibbi yardım şöbələri ilə tanışlıq olub.

Mediatur çərçivəsində media nümayəndələri tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər. 

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Qiymət Mahir

TodayPress TV

ФОТО

Xəzər Tibb Mərkəzinə mediatur təşkil olundu — 1
Xəzər Tibb Mərkəzinə mediatur təşkil olundu — 2
Xəzər Tibb Mərkəzinə mediatur təşkil olundu — 3
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Все новости