Vətən müharibəsi iştirakçılarına və şəhid ailəsi üzvlərinə göstərilən tibbi xidmət açıqlandı

Vətən müharibəsi iştirakçılarına və şəhid ailəsi üzvlərinə göstərilən tibbi xidmət açıqlandı
19.12.2025 13:25 Sağlamlıq

TƏBİB tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, eləcə də müvafiq dövlət qurumları ilə əlaqəli və çevik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə verib. 

O qeyd edib ki, cari il ərzində icbari tibbi sığorta hesabına TƏBİB tabeli tibb müəssisələrinə Vətən müharibəsi iştirakçılarına ümumi 80 944 müraciət əsasında 237 819 tibbi xidmət, şəhid ailəsi üzvlərinə isə 48 157 müraciət əsasında 178 353 tibbi xidmət göstərilib:

"Eyni zamanda müvafiq olaraq 254 və 108 psixoloji xidmət təqdim olunub. Ümumilikdə TƏBİB tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçılarına adambaşına orta hesabla 23.68, şəhid ailəsi üzvlərinə adambaşına orta hesabla 19.8 xidmət təşkil edilib".

İcraçı direktor vurğulayıb ki, vətəndaşlara daha operativ tibbi xidmət göstərilməsi və onların daima nəzarətdə saxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində müharibə iştirak etmiş şəxslərə və şəhid ailəsi üzvlərinə xidmət göstərən koordinatorlar təhkim edilib ki, hazırda TƏBİB tabeli 70 tibb müəssisəsində 163 koordinator fəaliyyət göstərir:

"2025-ci il ərzində TƏBİB tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sağlamlığının qorunması, tibbi xidmətlərə əlçatanlığının artırılması və psixoloji dəstəyin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Həyata keçirilmiş işlər nəticəsində bu kateqoriyadan olan şəxslərin tibbi xidmətlə əhatə dairəsi genişlənib, müraciətlərin operativ araşdırılması və cavablandırılması təmin olunub".

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Все новости