ÜST ölkələri pandemiya sazişi qəbul etdilər

ÜST ölkələri pandemiya sazişi qəbul etdilər
20.05.2025 05:11 Sağlamlıq

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr mayın 19-dan 27-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib.

TodayPress TV xəbər verir ki, iclasda iştirak edən 124 üzv ölkə sazişin lehinə, 0 nəfər isə əleyhinə səs verib.

İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiya da daxil olmaqla 11 ölkə bitərəf qalıb. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunub.

“Reuters”in məlumatına görə, saziş layihəsi mayın 20-də Ümumdünya Səhiyyə Assambleyasının plenar sessiyasında rəsmi olaraq qəbul ediləcək.

Qeyd edilib ki, onun qüvvəyə minməsi patogenlərin mübadiləsinə dair əlavə razılaşdırılana qədər iki il gecikdirilə bilər, bundan sonra dövlətlər sazişi ratifikasiya etməli olacaqlar.

Pandemiya ilə mübarizə üzrə saziş gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Müqavilə layihəsinə əsasən, ÜST ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı və peyvəndlərin, testlərin və pandemiya ilə əlaqəli digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyanın ötürülməsində bir-birinə kömək etməyi öhdəsinə götürür.

Razılaşma həmçinin inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün maliyyə koordinasiya mexanizminin yaradılmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir.

XƏBƏR LENTİ
01 IYUN 2026
ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 Bütün Xəbərlər