TƏBİB: Bayram günlərində Bakıda 140, regionlarda 270 briqada fəaliyyət göstərəcək

TƏBİB: Bayram günlərində Bakıda 140, regionlarda 270 briqada fəaliyyət göstərəcək
30.12.2025 09:30 Sağlamlıq

Bayram günlərinə hazırlıq məqsədilə Bakı şəhəri üzrə təxminən 140 təcili tibbi yardım briqadası, ölkənin 61 regionu üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətə gətirilib.

TƏBİB-dən TodayPress TV-yə verilən məlumata görə, bununla bağlı rəhbərlik tibb müəssisələrinə müvafiq tapşırıqlar verib.

Vətəndaşların təcili tibbi yardıma fasiləsiz çıxışını təmin etmək üçün müvafiq təşkilati tədbirlər görülüb. Tədbirlərə əsasən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, tibb müəssisələrində təcili təxirəsalınmaz tibbi yardım, reanimasiya və intensiv terapiya, təxirəsalınmaz cərrahi yardım, travmatoloji yardım, kardioloji və nevroloji təcili yardım, toksikoloji yardım, təcili pediatrik yardım, təcili mamalıq-ginekoloji yardım, habelə laboratoriya və radioloji təxirəsalınmaz diaqnostika xidmətlərinin gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək.

Qeyri-iş günlərində xidmətin operativliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunub, həkim briqadalarının sayı mövcud ehtiyaclara uyğun olaraq formalaşdırılıb. Təcili tibbi yardım briqadaları tibbi avadanlıqlar, dərman preparatları və digər zəruri tibbi vasitələrlə tam təmin edilib.

Bayram günlərində həm ölkə daxilindən, həm də xarici ölkələrdən, xüsusilə Bakı şəhərinə gələn şəxslərin sayında artım müşahidə olunduğundan, maddi-texniki təminat və kadr resursları bu artıma uyğun şəkildə planlaşdırılıb.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fasiləsiz, operativ və səmərəli fəaliyyəti nəzarətdə saxlanılacaq, fövqəladə hallara çevik reaksiya verilməsi təmin ediləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Все новости