Gel dırnaqlar sonsuzluq riski yaradır? Həkimlərdən ciddi xəbərdarlıq

Gel dırnaqlar sonsuzluq riski yaradır? Həkimlərdən ciddi xəbərdarlıq
12.12.2025 19:45 Sağlamlıq

Son illər geniş yayılan gel dırnaq boyalarının tərkibindəki bəzi kimyəvi maddələr reproduktiv sağlamlığa təsir edə bilər.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, bu barədə ginekologiya və in vitro gübrələmə üzrə mütəxəssis, dosent Dr. Nur Dokuzeylül Güngör məlumat verib.

Həkim bildirib ki, gel dırnaq boyalarında elastiklik və davamlılıq üçün istifadə olunan ftalatlar endokrin sistemi poza və embrionun inkişafına mənfi təsir göstərə bilər. Toluol adlı digər komponent isə menstrual dövrün pozulması ilə əlaqələndirilir. Formaldehid kimi sərtləşdirici maddələr də yüksək təsir altında hormon balansına və yumurtalıq funksiyasına təsir göstərə bilər.

Güngörün sözlərinə görə, gel dırnaq boyasının birbaşa sonsuzluğa səbəb olduğunu sübut edən dəqiq elmi nəticələr olmasa da, xüsusilə gözəllik mütəxəssisləri kimi kimyəvilərə gündəlik məruz qalan şəxslərdə menstrual pozuntular, aşağı yumurtalıq ehtiyatı və erkən menopoz hallarının daha çox müşahidə olunduğu tədqiqatlarda göstərilib.

O əlavə edib ki, UV/LED cihazlarının yaydığı aşağı dozalı UV-A işığı dəriyə zərər verə bilər, lakin yumurtalıq funksiyasına təsiri birbaşa sübut olunmayıb. Buna baxmayaraq, uzunmüddətli və müntəzəm məruz qalma risk yarada bilər.

Mütəxəssis xəbərdar edib ki, xüsusilə hamiləlik planlaşdıran və ya IVF müalicəsinə hazırlaşan qadınlar kimyəvi təsirdən maksimum uzaq durmalıdırlar. Onun sözlərinə görə, gel dırnaq boyasından tam imtina tələb olunmur, lakin istifadənin tezliyini azaltmaq, tərkibi daha təhlükəsiz olan məhsulları seçmək və tətbiq zamanı yaxşı havalandırma təmin etmək vacibdir.

Dr., həmçinin bildirib ki, vaxtaşırı istifadə ciddi risk yaratmır, problem əsasən illərlə davam edən müntəzəm və yüksək məruz qalma zamanı ortaya çıxır.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Все новости