Kanalda batan şəxsin meyiti tapıldı
Oktyabrın 18-də Yuxarı Şirvan kanalının Sabirabad rayonu, Surra kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.