FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi

FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi
21.05.2025 15:27 Hadisə

Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib.

TodayPress TV xəbər verir ki, təlimin əsas məqsədi qurumun əməkdaşlarına fövqəladə hallarda, xüsusilə də yanğınlar və zəlzələlər zamanı düzgün davranış vərdişlərinin aşılanması, həmçinin təhlükəsizlik qaydaları və təxliyə planları ilə tanışlığın təmin edilməsi olub. 

Tədbirdə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin müvafiq canlı qüvvəsi və texnikası iştirak edib. Təlim iki əsas mərhələdən – nəzəri və praktiki hissələrdən ibarət olub. 

Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən AZƏRTAC kollektivi üçün geniş maarifləndirmə sessiyası təşkil olunub. Sessiya çərçivəsində fövqəladə hallarla bağlı, o cümlədən yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə vacib tədbirlər, elektrik avadanlıqlarından düzgün istifadə, ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi, həmçinin ictimai obyektlərdə baş verə biləcək yanğınlar zamanı davranış qaydaları ətraflı izah edilib.

Eyni zamanda, zəlzələ və ildırım hadisələri zamanı təhlükəsiz davranış qaydaları və təxliyə ilə bağlı geniş məlumat verilib. Təqdimatlar tematik videoçarxlarla nümayiş olunub. 

Ardınca təlimin praktiki mərhələsinə start verilib. AZƏRTAC-ın binasında şərti yanğın elan edilib və dərhal “Həyəcan” siqnalı verilib. Yanğınsöndürən briqada operativ şəkildə hadisə yerinə cəlb olunaraq “yanğınla mübarizə” tədbirlərinə başlayıb.

Əməkdaşların təxliyəsi təxliyə planına uyğun olaraq təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilib. Şərti yanğında “zərərçəkmişlər” müvafiq qaydada binadan çıxarılıb, təhlükəsiz zonaya yerləşdirilib və onlara “ilkin tibbi yardım” göstərilib. 

Təlimin sonunda iştirakçılar və müşahidəçilər tərəfindən prosesin təşkili və icrası yüksək qiymətləndirilib.

Qeyd olunub ki, belə praktiki təlimlər əməkdaşların fövqəladə hallarda operativ reaksiya vermək bacarıqlarını artırmaqla yanaşı, real vəziyyətlərə hazırlıqlı olmasına töhfə verir. 

Təlim uğurla yekunlaşıb və qarşıya qoyulan bütün məqsədlərə nail olunub. FHN-in nümayəndələri belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.

FOTOLAR

FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi — 1
FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi — 2
FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi — 3
FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi — 4
FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi — 5
FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi — 6
FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirildi — 7
XƏBƏR LENTİ
05 IYUN 2026
Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Bütün Xəbərlər