Şəhərlərin varlı və kasıb məkanlar bölgüsü - sosial bərabərsizlik böhranı kimi

Şəhərlərin varlı və kasıb məkanlar bölgüsü  - sosial bərabərsizlik böhranı kimi
18.05.2026 16:38

Müasir dünyada şəhərləşmə sürətlə artsa da, urban inkişafın nəticələri bütün sosial qruplar üçün eyni olmur. Şəhərlərdə formalaşan məkan bərabərsizliyi sosial-iqtisadi fərqlərin coğrafi müstəvidə görünən formasıdır. Bir tərəfdə yüksək gəlirli əhali üçün inkişaf etmiş yaşayış məkanları, keyfiyyətli infrastruktur və xidmətlər mövcuddursa, digər tərəfdə əsas şəhər imkanlarından kənarda qalan, zəif sosial şəraitdə yaşayan əhali yerləşir.

Bu problemin tarixi kökləri feodalizm dövrünə qədər gedib çıxır. O zaman cəmiyyət torpaq sahibləri və asılı kəndlilər arasında bölünürdü və yaşayış məkanları da bu sosial bölgünü əks etdirirdi. Sənayeləşmə və burjua inqilabları ilə şəhərlər iqtisadi həyatın mərkəzinə çevrildi. Lakin kapitalın və istehsal vasitələrinin məhdud təbəqələrin əlində cəmlənməsi şəhərlərdə yeni sosial-məkan xəritəsi yaratdı: mərkəzdə iqtisadi və siyasi gücə sahib qruplar, periferiyada isə fəhlə və aşağı gəlirli əhali. Beləliklə, sosial təbəqələşmə təkcə iqtisadi münasibətlərdə deyil, urban məkanda da dərinləşdi.Bu gün də həmin tendensiya qlobal miqyasda davam edir. Milyardlarla insan adekvat mənzil şəraitindən məhrumdur, milyonlarla insan qeyri-rəsmi yaşayış sahələrində və riskli ərazilərdə yaşayır. İqlim dəyişikliyi, miqrasiya və iqtisadi böhranlar bu fərqləri daha da artırır.

Azərbaycanda bu proseslər xüsusilə Böyük Bakı aqlomerasiyasında daha aydın müşahidə olunur. Bakı üçün məkan bölünməsi yeni fenomen deyil. Onun tarixi kökləri şəhərin sosial strukturuna gedib çıxır. İçərişəhərdə qədim dövrlərdən məhəllə sistemi mövcud idi və insanlar peşə, adət və sosial statuslarına görə fərqli qruplarda yaşayırdılar. “Ağşalvarlılar”, Arabaçılar, Hamamçılar, Seyidlər kimi məhəllə adları bu fərqliliyi açıq şəkildə əks etdirirdi. XIX–XX əsrlərdə, neft bum dövründə bu bölgü daha da kəskinləşdi: bir tərəfdə Avropa üslubunda zəngin villalar və elit məhəllələr, digər tərəfdə isə ağır şəraitdə yaşayan fəhlə rayonları formalaşdı. Bu tarixi nümunələr göstərir ki, məkan bərabərsizliyi Bakının inkişaf prosesinin ayrılmaz hissəsi olmuşdur.Müasir dövrdə bu fərqlər yeni formalarda davam edir: yüksək standartlı yaşayış kompleksləri ilə şəhərin bəzi köhnə məhəllələri arasında sosial və məkan kontrastı müşahidə olunur.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət məkan bərabərsizliyinin azaldılmasına yönəlib. Regionların inkişafı, paytaxtın yükünün azaldılması və balanslı urbanizasiya əsas prioritetlər sırasındadır. Bakı ətrafında nəqliyyat infrastrukturunun yenilənməsi, yeni yollar və körpülərin salınması şəhərdaxili hərəkətin rahatlığını artırır. Sumqayıt, Xırdalan və digər şəhərlərin inkişafı paytaxta olan təzyiqi qismən azaldır. Regionlarda “Ağıllı Kənd” layihələri, yeni sosial obyektlər və sənaye parkları məşğulluğu artırır və əhalinin yerində qalmasına dəstək verir. Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma işləri isə “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə müasir dayanıqlı urban inkişafın nümunəsini yaradır. Mən hətta dedyərdim ki, ölkə başçısının son vacib siyasi görüşlərini Azərbaycanın dilbər guşəsi Qəbələdə keçirməsi də təsadüfi hadisə deyildi.

Hazırda  Bakıda keçirilən 13-cü Dünya Urban Forumu (WUF13) qlobal və yerli çağırışların müzakirəsi üçün mühüm platformadır. UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkil etdiyi forumda məkan ədaləti, mənzil əlçatanlığı, iqlimə dayanıqlı şəhərlər və inklüziv idarəetmə kimi mövzular geniş şəkildə müzakirə edilir. Forum bir daha göstərir ki, şəhərlərin gələcəyi yalnız fiziki infrastrukturun inkişafı ilə deyil, sosial bərabərlik, balanslı regional inkişaf və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi ilə müəyyən olunur. Bakı bu prosesdə həm zəngin tarixi təcrübəsi, həm də müasir urban transformasiya nümunələri ilə beynəlxalq səviyyədə önəmli şəhərlərdən birinə çevrilməkdədir.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Все новости