Paşinyanın "KƏRKİNİ AZƏRBAYCANA QAYTARIRIQ" deməsi İranda zəlzələ yaratdı: "Bakı Tehranı təslim alır"

Paşinyanın "KƏRKİNİ AZƏRBAYCANA QAYTARIRIQ" deməsi İranda zəlzələ yaratdı:  "Bakı Tehranı təslim alır"
18.05.2026 12:40

Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı Azərbaycanın işğal olunmuş anklavları, o cümlədən İran-Ermənistan tranzit yolunun yaxınlığında yerləşən Tiqranaşen (Kərki) kəndini Bakıya təhvil vermək barədə bəyanatı Tehran tərəfində ciddi narahatlıq doğurub. 


İranlı “ekspert” Ehsan Movadeihan bu məsələyə dair kəskin xəbərdarlıq yayıb. Movadeihan bildirib: “Qafqazı öz taleyinə buraxan İran İslam Respublikasının rəsmilərinə son xəbərdarlıq! ... Bu kəndi ələ keçirməklə Bakı təkcə "saxta Zəngəzur" dəhlizinin enini genişləndirməyəcək, həm də hava məkanı üzərində suverenliyini təsdiqləyəcək, eyni zamanda İranın Ermənistana tranzit yolunu kəsəcək. Türkiyə ilə birlikdə onlar İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarəti ələ keçirəcəklər.” O, əlavə edib ki, Azərbaycan Kərkiyə nəzarəti ələ keçirsə, yüksəkliklərdə mövqelər tutaraq E117 yolunu atəş nəzarətinə ala biləcək və potensial müharibədə Syunik əyalətini İranla əlaqədən kəsə biləcək. “Xəbərdarlığım bitdi! İndi arxayın oturun və yenidən izləyin!” – deyə Movadeihan yekunlaşdırıb. 

Onun  bu “apokaliptik” xəbərdarlığı klassik İran panikası və təbliğatının ən parlaq nümunəsidir – sanki Azərbaycan ordusu Tehran qapılarına yaxınlaşır, Türkiyə ilə “böyük plan” qurur... Əslində isə söhbət sadəcə Azərbaycanın 1990-cı ildə işğal olunmuş qanuni anklavı Kərkinin qaytarılmasından gedir. Bu, sovet xəritələrinə və beynəlxalq hüquqa əsaslanan normal sərhəd delimitasiyasıdır. Paşinyanın özü dəfələrlə bu mövzunu müzakirə etdiyini etiraf edib.

Movadeihanın "saxta Zəngəzur", “bütün çıxış yollarını kəsirlər” kimi fantastik-dramatik iddiaları  sadəcə qorxu pompasıdır. Hamı yaxşı görür ki,  Azərbaycan öz ərazilərini bərpa edir, regionda sabitlik və əməkdaşlıq yolunu seçir. İran  illərlə Ermənistana silah verib, separatizmi dəstəkləyib və hələ də danışmağa dili var. O, Qafqazda itirdiyi mövqelərə görə indi isterika keçirir. 

Belə “ekspertlər” Tehranda  rejimin  fiaskosunu ört-basdır etmək üçün dramaturji bacarıqlarını çox yaxşı nümayiş etdirirlər, amma tarix və faktlar ortadadır.  Qafqaz artıq nə İranın, nə də başqa bir dövlətin  "arxa həyəti” deyil! 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Все новости