Bakıdakı “Rus evi” açılacaq? – AÇIQLAMA

Bakıdakı “Rus evi” açılacaq? – AÇIQLAMA
10.10.2025 15:08 Siyasət

“Rus Evi” adlanan təsisatın Azərbaycanla Rusiya arasında təxminən 10 ay əvvəl Moskvanın davranışları nəticəsində yaranmış münasibətlərə birbaşa aidiyyəti yoxdur".

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə danışarkən deyib.

O bildirib ki, Azərbaycanda xarici ölkələrin kommersiya və qeyri-kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı ümumi hüquqi-normativ aktlar mövcuddur. Lakin “Rus Evi” hüquqi-təşkilat statusuna görə bu kateqoriyalardan heç birinə daxil deyil - o, Rusiyanın dövlət qurumunun təmsilçiliyidir.

"Bu tip qurumların ölkə ərazisində fəaliyyət göstərməsi dövlətlərarası müqavilələr əsasında tənzimlənməlidir. Azərbaycanla Rusiya arasında isə nə Müstəqil Dövlətlər Birliyi, nə Xaricdə Yaşayan Həmvətənlər, nə də Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin təmsilçiliyi ilə bağlı hər hansı müqavilə imzalanıb.

Bu isə o deməkdir ki, qeyd olunan federal agentliyin Bakıdakı nümayəndəliyinin fəaliyyəti hüquqi əsasdan məhrum olduğuna görə dayandırılıb. Beləliklə, Azərbaycanın “Rus Evi” ilə bağlı mövqeyi tam şəkildə milli qanunvericiliyin tələblərinə uyğundur", - deyə parlamentari əlavə edib.

Qeyd edək ki, fevralın 3-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya nota verib.

Nazirlik bildirib ki, buna səbəb "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının olmaması və Azərbaycan qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Bakıdakı “Rus evi” açılacaq? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Bütün Xəbərlər