Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi

Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi
18.10.2025 12:59 Mədəniyyət

Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Tələbə Teatrında görkəmli Azərbaycan bəstəkarı, peşəkar Azərbaycan bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

TodayPress TV xəbər verir ki, proqramda bəstəkarın Şərq melodiyasını və xalq intonasiyasını Avropa klassik ənənələri ilə birləşdirdiyi məşhur “Firuzə”, “Arşın mal alan” və “Koroğlu” opera və operettalarından romanslar, ariyalar və balladalar səsləndirilib.

Konsertdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev proqramın yüksək ifa səviyyəsini və emosional gücünü yüksək qiymətləndirib. "Açığı, belə yüksək keyfiyyətli ifa və belə temperamentli ifa - sırf azərbaycan temperamentli tamaşa görəcəyimi gözləmirdim.

Üzeyir Hacıbəyli Azərbaycan peşəkar musiqi məktəbinin banisidir. Onun töhvəsi çox böyükdür. O, şərq motivlərini Avropa musiqi ənənəsi ilə birləşdirə bilib. Qeyd etmək lazımdır ki, o, Avropa musiqi ənənələrini rus klassik musiqi məktəbinin rəsisi ilə qavrayıb. Nəticədə bu sintezden klassik Azərbaycan musiqi məktəbi doğulub", diplomat vurğulayıb.

QİTİS-in vokal sənəti kafedrasının müdir müavini, professor Nikolay Vasilyev Üzeyir Hacıbəyli yaradıcılığının dünya musiqi mədəniyyəti üçün əhəmiyyətini qeyd edib.

"O, vətənində opera dramaturgiyası ilə ciddi məşğul olan ilk bəstəkar olub. Bu, onun əsl bəstəkar kimi istedadından xəbər verir. Fakültəmiz yubileyi məmnuniyyətlə qarşıladı və biz onun irsindən ən diqqətçəkən, ən yaxşı parçaları seçməyə çalışdıq. Onlar həm rus, həm də Azərbaycan dillərində ifa olunub", - deyə N.Vasiliev bildirib.

QİTİS Musiqili Teatr kafedrasının dekanı Timofey Sapolev vurğulayıb ki, Üzeyir Hacıbəyli musiqisinin tədris prosesində xüsusi yeri vardır.

"Tədris prosesində yalnız ən yaxşılara ehtiyac var. Ona görə də tələbələrin repertuarında Motsart, Şostakoviç və Hacıbəyli var. Biz nəhəng musiqi ilə öyrənməliyik. Bu, zövqü, forma hissini və dramatizmi inkişaf etdirməyə kömək edir. Əminəm ki, bu gün tamaşaçılar əsl, səmimi musiqiyə can atdıqları üçün həqiqətən də həzz alıblar", - o qeyd edib.

Konsertdə ifa edən QİTİS-in Musiqili Teatr fakültəsinin tələbəsi Anastasiya Mişşenko bildirib ki, Azərbaycan dilində əsərlər ifa etmək maraqlı və çətin təcrübədir: "Musiqi gözəldir, temperamenti dərhal hiss edirsən. Azərbaycan dilində oxumaq çətin, lakin çox gözəl idi".

Digər ifaçı Ruslan İbrahimov bunun tələbələr üçün mühüm peşəkar təcrübə olduğunu qeyd edib: "Üzeyir Hacıbəyli musiqisinin rəngi, harmoniyası, xarizması xüsusidir. Bu ifa mənimlə qalacaq və gələcəkdə mənə mütləq gərəkli olacaq".

Konsertin quruluşçu rejissoru və aparıcısı Mariya Sladkovskaya bu konsertin onun üçün böyük xoşbəxtlik olduğunu söyləyib: "Avropa formasının Azərbaycan koloroti ilə necə birləşdiyini eşitmək inanılmazdır. Biz bu gecəni çoxdan planlaşdırırdıq və nəhayət, bu gün baş tutdu".

TodayPress TV

FOTOLAR

Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 1
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 2
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 3
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 4
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 5
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 6
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 7
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 8
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər