Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu

Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu
24.10.2025 11:06 Mədəniyyət

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, həmçinin dövlət və ictimai xadimlər iştirak ediblər.

Mərasimdə çıxış edən millət vəkili, filologiya elmləri doktoru, professor Rafael Hüseynov Həsən Həsənovun dövlətçilik, elm və mədəniyyət sahəsində çoxşaxəli xidmətlərini vurğulayıb.

Tədbir çərçivəsində yubilyarın müəllifi olduğu “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Səhnə əsərində Xalq artistləri Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi çıxış edirlər.

TodayPress TV

FOTOLAR

Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 1
Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 2
Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 3
Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 4
Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 5
Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 6
Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 7
Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Bütün Xəbərlər