Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi

Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi
15.11.2025 11:04 Mədəniyyət

Daşkənddə Mərkəzi Asiyada mənəvi irs və maarifçilik mövzusunda beynəlxalq konqres keçirilir

TodayPress TV xəbər verir ki, 13–15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.

Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanla yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edir. Ölkəmizi konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil olunub. Açılış nitqini söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov tədbirin beş dost ölkəni bir araya gətirməsinin regional mədəni əməkdaşlığa töhfə verdiyini qeyd edib.

Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan nümayəndə heyətinin tədbirə dəvətinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib. Nazir Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, son illər bu ölkələrlə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, mədəniyyət sahəsində əməkdaşlığın dinamik şəkildə genişləndiyini, birgə festivallar, mədəniyyət günləri, yaradıcılıq təşkilatları və təhsil qurumları arasında əməkdaşlığın əlaqələri daha da gücləndirdiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev də çıxış ediblər. Onlar ölkələr arasında mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlər səsləndiriblər.

TodayPress TV 

ФОТО

Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi — 1
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi — 2
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi — 3
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi — 4
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi — 5
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış etdi — 6
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Все новости