İsa Məsihin möcüzələr yaratdığı Vifsaida şəhərinin qalıqları tapıldı - FOTO

İsa Məsihin möcüzələr yaratdığı Vifsaida şəhərinin qalıqları tapıldı - FOTO
14.05.2026 07:00 Maraqlı

Stiven Notlinin rəhbərlik etdiyi arxeoloqlar qrupu İncildə bəhs edilən itkin Vifsaida şəhərini tapdıqlarını bəyan ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Star" nəşri xəbər yayıb.

Tədqiqatçıların sözlərinə görə, İsraildəki El-Araj arxeoloji abidəsində aparılan qazıntı işləri zamanı itmiş kilsə və Müqəddəs Pyotrun evi aşkar olunub.

Tapılan məbəd İsa Məsihin möcüzələr göstərdiyi kilsənin tarixi təsvirlərinə tam uyğun gəlir. Buna görə də alimlər El-Arajın məhz İncildə adı çəkilən Vifsaida şəhəri olduğunu ehtimal edirlər. Bibliyaya əsasən, İsa bu məkanda bir neçə möcüzə göstərib: kor insanın gözlərini açıb, beş çörək və balıqla 5 000 nəfəri doyurub. Eyni zamanda, bura Andrey, Pyotr və Filip adlı apostolların vətəni hesab olunur.

Qeyd olunur ki, El-Araj ərazisində Bizans dövrünə aid böyük bir bazilika tapılıb. Alimlər bunun "Apostollar kilsəsi" olduğunu güman edirlər. Qazıntı yerində balıqçılıq alətləri ilə yanaşı, Müqəddəs Pyotrun "apostolların rəhbəri və cənnətin açarlarının qoruyucusu" adlandırıldığı qədim yazı da aşkar edilib.

Həmçinin, kilsənin altında daha qədim bir tikilinin qalıqları üzə çıxarılıb. Bu tapıntı yepiskop Villibaldın tarixi qeydləri ilə üst-üstə düşür. Belə ki, o, Vifsaidadakı kilsənin məhz apostol qardaşlar Pyotr və Andreyin evinin yerində inşa edildiyini bildirmişdi.

"Bu kəşf Pyotrun bazilika ilə yaxın əlaqəsi olduğunu və məbədin onun şərəfinə ucaldıldığını göstərən ən tutarlı sübutdur", - deyə Stiven Notli tapıntını şərh edib.




TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Все новости