"AccessBank" I yarımil üzrə maliyyə hesabatını açıqladı

"AccessBank" I yarımil üzrə maliyyə hesabatını açıqladı
14.07.2025 17:32 Maliyyə

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan "AccessBank" QSC bu ilin I yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

TodayPress TV bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank yanvar-iyun aylarında 20,9 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,3 % və yaxud 123,3 milyon manat artaraq 1,6 milyard manata çatıb.

Sözügedən artımın əsas səbəbi kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki:

- Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 13,3 % və yaxud 143,7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 milyard 224,6 milyon manat təşkil edib.

- Kredit portfelinin 76,8 %-ni biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 940,4 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 11,7 % və yaxud 98,9 milyon manat artıb.

- Depozit portfelinin məbləği 1 milyard manatdan yüksəkdir və hesabat dövrün sonuna 1 milyard 66,9 milyon manat təşkil edir.

- "AccessBank" hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 32,5 milyon manat ekvivalentində kredit cəlb edib. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 135,4 milyon manata çatıb.

- Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 milyon ABŞ dolları subordinasiya olunmuş borc öhdəliyi cəlb edilib.

- I yarımildə Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 23 % və yaxud 38,6 milyon artaraq 205,9 milyon manata yüksəlib ki, bu da requlyativ tələbdən 4,1 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.

- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 % artaraq 121,3 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 7,1 milyon artaraq 74 milyon manat təşkil edir.

- Yanvar-iyun aylarında xalis əməliyyat mənfəəti isə 34,2 milyon manat təşkil edib.

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 74,05 % təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2,5 dəfə yüksəkdir.

"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.

XƏBƏR LENTİ
31 MAY 2026
Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Bütün Xəbərlər