Azərbaycan Türkiyə və Pakistandan kartof tədarükünü kəskin artırdı

Azərbaycan Türkiyə və Pakistandan kartof tədarükünü kəskin artırdı
04.03.2026 13:46 Kənd Təsərrüfatı

Ötən il Azərbaycan 47,54 milyon ABŞ dolları dəyərində 131 min 335 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 8 % azdır.

Azərbaycan Türkiyədən 20 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7 dəfə çox) 59 min 961 ton (+6 dəfə), Gürcüstandan 7,75 milyon ABŞ dolları dəyərində (-3 %) 22 min 61 ton (-8 %), Pakistandan 7,13 milyon ABŞ dolları dəyərində (+230 dəfə) 16 min 592 ton (+166 dəfə), Rusiyadan 5,97 milyon ABŞ dolları dəyərində (-28 %) 16 min ton (-52 %), İrandan 4,71 milyon ABŞ dolları dəyərində (-73 %) 13 min 551 ton (-80 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 142 min 897 ton kartofun 46,5 %-i İranın, 23,2 %-i Rusiyanın, 16,8 %-i Gürcüstanın payına düşüb.

Azərbaycan kartof məhsulu üzrə həm idxalatçı, həm də ixracatçı ölkə kimi çıxış edir. Belə ki, ötən il Azərbaycan 28,39 milyon ABŞ dolları dəyərində (+38 %) 71 min 430 ton (+48 %) kartof ixrac edib.

Azərbaycan Rusiyaya 22,97 milyon ABŞ dolları dəyərində (+26 %) 59 min 975 ton (+41 %), Belarusa 3,15 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 5 min 693 ton (+2,7 dəfə), Ukraynaya 1,82 milyon ABŞ dolları dəyərində (+95 %) 4 min 394 ton (+50 %), Gürcüstana 303,4 min ABŞ dolları dəyərində (+49 %) 1 min ton (+52 %), Qazaxıstana 85,4 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 214 ton (+5,1 dəfə) məhsul satıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Все новости