İmişlidə yonca sahələrində məhsuldarlıq azaldı

İmişlidə yonca sahələrində məhsuldarlıq azaldı
10.04.2026 06:30 Kənd Təsərrüfatı

İmişli rayonunun yonca sahələrində zərərverici həşəratlar yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, fitonomus adlanan zərərverici həşəratlar əsasən birinci biçində müşahidə olunur. Həşəratlar yoncanın yarpaqlarını bütünlüklə yeyərək məhv edir.

Nəticədə yoncanın məhsuldarlığı xeyli aşağı düşür. Hazırda ziyanvericilərə qarşı mexaniki və kimyəvi üsullarla mübarizə aparılır.

Məsələ ilə bağlı İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ziyanvericilərə qarşı mübarizə tədbirlərinin effektivliyi birbaşa düzgün vaxt seçimindən asılıdır. Belə ki, dərmanlama zamanı bir neçə məqamlara diqqət yetirmək tövsiyə edilir.

​Havalar qızdıqca ziyanvericilər günorta saatlarında kölgəyə çəkilərək bitkinin dibinə toplaşırlar. Ona görə də günorta saatlarında aparılan dərmanlama işləri ziyanvericilərin gizlənməsi səbəbindən gözlənilən nəticəni vermir və təsirsiz olur. Bu səbəbdən mübarizə tədbirlərinin səmərəliliyini artırmaq üçün dərmanlamanın hava temperaturunun nisbətən aşağı olduğu, ziyanvericilərin aktiv olduğu saatlarda aparılması məqsədəuyğundur.

Mərkəzdən həmçinin bildirilib ki, fitonomus zərərvericilərinin aşkar edildiyi yonca sahələrində mübarizə tədbirləri həyata keçirilir. Eyni zamanda fermerlərin maarifləndirilməsi istiqamətində də işlər aparılır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Все новости