Xarici bazarlara pomidor ixracı 15,3% artdı

Xarici bazarlara pomidor ixracı 15,3% artdı
23.05.2025 16:35 İqtisadiyyat

Azərbaycandan xarici bazarlara pomidor ixracının həcmi və dəyərində artım müşahidə olunub.

TodayPress TV xəbər verir ki, bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.

Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3%, dəyəri isə 5% artıb.

Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur.

İstixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixracın artmasına təsir edən əsas amillərdəndir.

Xarici bazarlara pomidor ixracı intensiv şəkildə davam edir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər