SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşdü

SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşdü
16.04.2026 13:45 İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.

TodayPress TV SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub.

Cari ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, ölkələrimiz arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb.

SOCAR ilə ABŞ şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğu vurğulanıb.

Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəmi vurğulanıb.

TodayPress TV

ФОТО

SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşdü — 1
SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşdü — 2
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 Все новости