İSO-nun iş adamları Azərbaycanın biznes imkanları ilə tanış oldular

İSO-nun iş adamları Azərbaycanın biznes imkanları ilə tanış oldular
01.11.2025 00:35 İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat naziri Azərbaycan və Türkiyə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində önəmini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsinə əlavə imkanlar açır. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir. Ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.

Müzakirə zamanı İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyinin fəal təşviqi, investisiya, potensial layihələrin icrası, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin istehsal və ixrac potensialını qlobal miqyasda gücləndirən strateji tərəfdaşlıqları inkişaf etdirmək biznes tərəfdaşlığımızın başlıca prioritetlərindəndir.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəliyinin və İstanbul Sənaye Palatasının təşkilatçılığı ilə ölkəmizə səfər edən 100-ə yaxın iş adamına Azərbaycanın iqtisadi potensialı, əlverişli işgüzar mühiti, sahibkarlar üçün tətbiq olunan güzəştlər, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qonaqlar, həmçinin Sumqayıt Sənaye Parkında müəssisələrin fəaliyyəti və sənaye zonalarında işbirliyi imkanları ilə tanış olublar.

Xatırladaq ki, 1952-ci ildə təsis edilən İSO Türkiyənin ən böyük sənaye təşkilatıdır. Baş qərargahı İstanbulda yerləşən İSO-nun əsas vəzifələri sənaye müəssisələrinin maraqlarını qorumaq və onları təmsil etmək, sənayenin inkişafına dəstək vermək, bu sahədə yerli və beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də üzv şirkətlərə təlim, məsləhət və xarici ticarət dəstəyi göstərməkdir. Hazırda tekstil, maşın və avadanlıqlar, kimya, qida və digər sektorlarda fəaliyyət göstərən şirkətlər də daxil olmaqla İSO-nun 24 minə yaxın üzvü var.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər