İdxal edilən kərə yağının qiyməti 30%-ə yaxın artdı

İdxal edilən kərə yağının qiyməti 30%-ə yaxın artdı
19.08.2025 16:20 İqtisadiyyat

2025-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 113 milyon 648 min ABŞ dolları dəyərində 16 min 633.8 ton kərə yağı idxal edilib.

TodayPress TV xəbər verir ki, kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 33% və ya 28.3 milyon ABŞ dolları, həcm baxımından isə 3.6% və ya 576.5 ton artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə Azərbaycana 85 milyon 311 min ABŞ dolları dəyərində 16.1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana idxal edilən kərə yağının 1 kiloqramının orta qiyməti illik müqayisədə 28.9% artaraq 11.60 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 7 ayı ərzində ölkədə 15 min 567.6 ton kərə yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 6.4% azdır. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı idxalı, istehsaldan 1066 ton çox olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 24.06 manat, yerli kərə yağının isə orta satış qiyməti 21.10 manat təşkil edib.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər