Azərbaycanda dollar erası bitir?

Azərbaycanda dollar erası bitir?
13.05.2026 23:20 İqtisadiyyat

2026-cı ilin ilk dörd ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.

TodayPress TV xəbər verir ki, rezident fiziki şəxslərin əmanətlərində dollarla saxlanılan vəsaitlərin payı mart ayında 2,1 faiz bəndi azalaraq 28 faizə enib.

İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, əhali son illərdə müşahidə olunan iqtisadi-maliyyə sabitliyi və neft qiymətlərinin yüksək olması fonunda manatın dəyərdən düşəcəyinə inanmır.

"Bu baxımdan manat depozitləri daha əlverişli şərtlər təqdim etdiyinə görə insanlar tədricən dollar depozitlərindən manat depozitlərinə keçirlər. Birinci məqam manata olan etibarın əhəmiyyətli dərəcədə artmasıdır və yaxın dövrdə manat üçün ciddi risklər görünmür. İkinci məqam isə iqtisadi aktivliklə bağlıdır", - deyə o qeyd edib.

Xalid Kərimlinin sözlərinə görə, idxalın azalması da xarici valyutaya tələbin aşağı düşməsinə səbəb olub. Belə ki, 2026-cı ilin birinci rübündə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azalıb.

Qeyd edək ki, hərraclarda valyuta satışı ilə bağlı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə transfertə təsir etməyib. Fonddan dövlət büdcəsinə proqnozlaşdırılan həcmdə - 4 milyard 280 milyon manat transfert həyata keçirilib.

Bu dövrdə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta ehtiyatları 10,2 faiz artaraq 12,7 milyard ABŞ dollarına çatıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Все новости