“Vest Hem” məşqçini dəyişmək istəmir

“Vest Hem” məşqçini dəyişmək istəmir
06.05.2026 09:55 Спорт

Nunu Eşpiritu Santu rəhbərlik etdiyi “Vest Hem Yunayted” klubundan ayrılmaya bilər - hətta komanda İngiltərə Premyer Liqasından düşsə belə.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nunu ötən ilin sentyabr ayında London təmsilçisinin baş məşqçisi təyin olunub. O, bu posta Qrem Potteri əvəz edərək gəlib və bundan cəmi 18 gün əvvəl “Nottinqem Forest” klubundan ayrılmışdı.

Portuqaliyalı mütəxəssis təyin olunarkən “Vest Hem” turnir cədvəlində 19-cu yerdə idi. Yanvar ayına qədər komanda sabit nəticələr göstərmədiyindən onun istefası ilə bağlı şayiələr yayılmışdı.

Qış transferlərindən sonra komandanın oyunu müəyyən qədər stabilləşib və klub təhlükəli zonadan çıxmağı bacarıb. Lakin “Tottenhem Hotspur” klubunun ardıcıl iki qələbəsindən sonra “çəkicdöyənlər” yenidən sonuncu pilləyə geriləyib.

Buna baxmayaraq, mövsümün nəticəsindən asılı olmayaraq klub rəhbərliyi Nununun işindən razıdır və onun komandada qalmasını istəyir.

Məlumata görə, “Vest Hem” yay transfer pəncərəsində də məşqçiyə dəstək verməyi planlaşdırır. Lakin Nunu hələ ki, komandanı Çempionshipdə çalışdırmağa hazır olub-olmadığını təsdiqləməyib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
“Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Все новости