Cokoviç top-tennisçiləri tənqid etdi

Cokoviç top-tennisçiləri tənqid etdi
23.08.2025 11:15 İdman

“Böyük Dəbilqə” seriyalı turnirlərin 24 qat qalibi, hazırda dünyanın 7-ci raketkası olan serbiyalı tennisçi Novak Cokoviç “Masters” seriyalı turnirlərin iki həftəlik formatına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, passivliyə görə top-tennisçiləri tənqid edib. 

“Bunun necə baş verəcəyini təsəvvür etmirəm. Bildiyimə görə, müqavilələr kifayət qədər uzunmüddətlidir – təxminən 30 illik. Yalnız bütün “Masters” turnirləri birlikdə çıxış etsə və ATP rəhbərliyi köhnə formata qayıtmağı dəstəkləsə, dəyişiklik mümkündür, amma buna inanmıram. Turnir təşkilatçılarının mövqeyi barədə dəqiq məlumatım yoxdur. Bir çox aparıcı tennisçilərin iki həftəlik yeni formata qarşı olduqlarını gördüm və mən də oyunçuları dəstəkləyirəm. Amma iş hərəkətə gələndə, çox vaxt oyunçular kifayət qədər fəallıq göstərmirlər.

Bu, xüsusilə top-oyunçular arasında tez-tez rast gəlinən vəziyyətdir. Onlar fikirlərini bildirirlər, amma qərar vermək üçün masaya oturmaq lazım gələndə çox vaxt ortada olmurlar. Mən özüm dəfələrlə belə situasiyalarla üzləşmişəm. Bu, təkcə özümüz üçün yox, gələcək nəsillər üçün də vacibdir. Gözləyək görək nə olacaq. Amma açığı, belə uzunmüddətli müqavilələr fonunda yaxın vaxtlarda nəyinsə dəyişəcəyinə inanmıram,” – deyə Cokoviç bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
01 IYUN 2026
Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Bütün Xəbərlər