“Çelsi” böyük ulduzunu əzəli rəqibinə itirə bilər

“Çelsi” böyük ulduzunu əzəli rəqibinə itirə bilər
08.05.2026 09:15 Спорт

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Mançester Yunayted”ə keçə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İngiltərəli futbolçu “Mançester Yunayted”ə transfer variantını nəzərdən keçirməyə hazırdır.

Bildirilir ki, Palmer hələ 2025-ci ilin yayında Mançester klubuna keçmək istəyib.

24 yaşlı futbolçunun tərəfi danışıqlara qayıtmağa hazır olsa da, “Mançester Yunayted” transferlə bağlı yekun qərar verməyib. Klub hazırda heyətdə digər mövqelərin gücləndirilməsini prioritet hesab edir və bu səbəbdən tələsmək istəmir.

Daha əvvəl Koul Palmerin Mançesterdəki həyat üçün darıxdığı barədə xəbərlər yayılmışdı. Futbolçu “Mançester Siti”nin yetirməsidir və 2023-cü ilin sentyabrında “Çelsi”yə transfer olunub.

Qeyd edək ki, Palmer cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Все новости