Avropanın nəhəngləri Alvares uğrunda yarışa başladı

Avropanın nəhəngləri Alvares uğrunda yarışa başladı
25.05.2026 09:09 İdman

“Atletiko Madrid” klubunun hücumçusu Xulian Alvares yay transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, argentinalı forvard baş məşqçi Dieqo Simeone ilə işləyərkən özünü rahat hiss etmir və şəxsən transferində israr edir.

Bildirilir ki, futbolçu ilə üç nəhəng klub ciddi maraqlanır – “Pari Sen-Jermen”, “Arsenal” və “Barselona”.

Xulianın nümayəndələri Paris təmsilçisinin baş məşqçisi Luis Enrikenin futbolçuya şəxsi mesaj göndərdiyini təsdiqləyiblər. “Topçular”ın çalışdırıcısı Mikel Artetanın da mart-may aylarında argentinalı hücumçu ilə əlaqə saxladığı qeyd olunub.

Bundan əlavə, “Barselona”nın idman direktoru Dekunun Çempionlar Liqasının yarımfinalında “Atletiko” ilə “Arsenal” arasında keçirilən oyundan əvvəl Alvaresin agentinə zəng edərək, transfer imkanının yaranacağı təqdirdə Kataloniya təmsilçisinin maraqlı olacağını bildirdiyi vurğulanıb.

Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsümdə 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun dəyəri 90 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 Все новости