Arteta: “Klub tarixinin ən böyük “Bornmut” fanatıyam”

Arteta: “Klub tarixinin ən böyük “Bornmut” fanatıyam”
19.05.2026 09:22 İdman

Mikel Arteta Premyer Liqanın XXXVII turunda keçiriləcək “Bornmut” – “Mançester Siti” oyunu barədə danışıb.

TodayPress TV “Arsenal” klubunun rəsmi saytına istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi “şəhərlilər”in xal itirəcəyi halda komandalarının vaxtından əvvəl çempion olacağını bildirib.

Arteta “Bornmut”u dəstəkləyəcəyini gizlətməyib:

“Bornmuta azarkeşlik edəcəyəmmi? Klubun tarixindəki ən böyük azarkeş mənəm. Andoni İraola, futbolçular və azarkeşlər üçün hamımız əsas fanatıq. Bunun nə demək olduğunu bilirik. Onlara dəstəyimizi göndərəcəyik”.

İspaniyalı mütəxəssis həmçinin Andoni İraola ilə oyunöncəsi xüsusi danışığa ehtiyac olmadığını deyib:

“Düşünürəm ki, buna ehtiyac yoxdur. Onun bu klubda gördüyü işlər və yaratdığı dəyişiklik hər şeyi göstərir”.

Arteta əlavə edib ki, “Mançester Siti”nin oyununu futbolçularla birlikdə izləməyəcək:

“Oyunu ailəmlə birlikdə evdə izləyəcəyəm. Nə qədər baxacağımı isə bilmirəm”.

Qeyd edək ki, hazırda “Arsenal” 82 xalla Premyer Liqanın lideridir. Bir oyun az keçirən “Mançester Siti” isə 77 xalla ikinci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Все новости