Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olundu - FOTO
14.10.2025 18:16 Hərbi

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Azərbaycan MN-dən TodayPress TV-yə verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən görüşdə qeyd edilib ki, Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında bağlanmış müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş, ikitərəfli hərbi əməkdaşlıq planları, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üzrə aparılmış müzakirələr iki ölkə arasında müdafiə əməkdaşlığının inkişafında mühüm mərhələdir.

Qarşılıqlı səfərlərin və keçirilən bu cür görüşlərin Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın gücləndirilməsinə xüsusi töhfə verdiyi qeyd olunub. Həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində həyata keçirilmiş bir sıra tədbir və təlim-məşqlərin tərəfdaşlığımız üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Serbiya arasında dostluq münasibətləri səmərəli müdafiə diplomatiyasının nümunəsidir və bölgələrimizdə, eləcə də onun hüdudlarından kənarda sülh və sabitliyə töhfə verir.

Sonra “Əməliyyatların planlaşdırılması” mövzusunda brifinqlər təqdim olunub, geniş müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar, planlama, qoşun növləri, xüsusi təyinatlı təhsil müəssisələri, döyüş hazırlığının təşkili, döyüş əməliyyatları və tətbiq edilən metodlar, eləcə də digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

FOTOLAR

Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olundu - FOTO — 1
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər