Saxta profillərlə kartlardan pul oğurlayan şəxs həbs edildi

Saxta profillərlə kartlardan pul oğurlayan şəxs həbs edildi
31.07.2025 10:31 Hadisə

Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib.

TodayPress TV xəbər verir ki, Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb.

Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib.

Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər.

Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar.

İş üzrə ümümi zərər 78 min manatdır.

Bu məbləğin bir qisminə təqsirləndirilən şəxs kriptovalyuta alıb. Qalan pulları isə tanışlarının nömrələrinə M10 vasitəsi ilə köçürərək, sonradan nağdlaşdırıb.

Ertoğrul Akdemir barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Ertoğrul Akdemir törətdiyi əməlləri etiraf edib. İş üzrə zərərçəkən şəxslər təqsirləndirilən şəxsə qarşı şikayətçi olaraq pullarını tələb ediblər.

İş üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Ertoğrul Akdemirin 7 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib: “Təqsirləndirilən şəxsin ailəsi Vətən müharibəsi dövründə orduya dəstək məqsədilə ciddi işlər görüb. Bu barədə məhkəməyə sənədlər təqdim edəcəyəm”.

Məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

XƏBƏR LENTİ
01 IYUN 2026
Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Bütün Xəbərlər