İrandan külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı

İrandan külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
21.08.2025 10:36 Hadisə

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər