İlkin Süleymanov Ali Məhkəməyə müraciət etdi

İlkin Süleymanov Ali Məhkəməyə müraciət etdi
23.07.2025 11:18 Hadisə

Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.

TodayPress TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər. Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.

Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər. Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.

Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər. Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.

Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.

Xatırladaq ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü təsdiq edib.

XƏBƏR LENTİ
01 IYUN 2026
Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 Bütün Xəbərlər