Gürcüstanda həmkəndlisini bıçaqlayan azərbaycanlı saxlanıldı

Gürcüstanda həmkəndlisini bıçaqlayan azərbaycanlı saxlanıldı
14.08.2025 23:40 Hadisə

Gürcüstan polisi əvvəllər məhkum olunmuş 21 yaşlı Gürcüstan vətəndaşını həmkəndlisini qəsdən öldürməkdə ittiham edərək saxlayıb.

TodayPress TV xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə avqustun 13-də etnik azərbaycanlıların kompakt yaşadığı Saqareco bələdiyyəsinin İormuqanlo kəndində baş verib. İstintaqın məlumatına görə, münaqişə zəminində təqsirləndirilən şəxs 26 yaşlı kişini döş qəfəsindən bıçaqlayıb və o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hücum edən şəxs hadisə yerindən qaçsa da, tezliklə polis tərəfindən saxlanılıb. Cinayəti törətmək üçün istifadə edilən silah, bıçaq maddi sübut kimi götürülüb.

Gənclər arasında dava dini ziyafət zamanı - süfrə üzərində spirtli içki üstündə yaranıb. Qətlə yetirilən şəxsin yaxınları təqsirləndirilən şəxsin şəriklərinin olduğunu güman edir. Onların sözlərinə görə, xəstəxanada onlara bildiriblər ki, kişi iki müxtəlif bıçaqla bıçaqlanıb.

İstintaq davam edir. Qəsdən adam öldürmə maddəsi ilə tutulan şəxsi 10 ildən 15 ilə qədər həbs gözləyir. Ağırlaşdırıcı hallar aşkar edilərsə, ittihamlar sərtləşdirilə bilər.

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər