Goranboyda yağışdan sonra gələn sel bir sıra fəsadlar törətdi

Goranboyda  yağışdan sonra gələn sel bir sıra fəsadlar törətdi
07.06.2025 23:46 Hadisə

Goranboya yağan leysan yağışlar fəsadlara yol açıb.

TodayPress TV-nin məlumatına görə yağışdan sonra gələn sel suları nəticəsində Goranboy-Aşagı Agcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaradıb.

Dərhal Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası hadisə yerinə cəlb olunub.

Ərazidə monitorinq keçirilmiş və müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılıb.

Nəticədə yolun hərəkəti təmin edilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər