Daha bir cinayət işinin istintaqı yekunlaşdı

Daha bir cinayət işinin istintaqı yekunlaşdı
29.09.2025 18:05 Hadisə

Xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı yekunlaşıb.

TodayPress TV xəbər verir ki, cari ilin fevralında Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin aşkar edilərək götürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq aparılmışdır.

İran İslam Respublikası vətəndaşları Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu, Kər Fərzad Anatağun oğlunun Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Qızıl Qaffar Nurməhəmməd oğlu və Qaranejad Behzad Əbdülqəfur oğlunun və qeyrilərinin mütəşəkkil dəstə halında cari il fevralın 2-dən 3-nə keçən gecə iki qrupa bölünməklə Xəzər dənizi istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək birinci qrupun Şahdəniz yatağının cənub-şərqi istiqamətində və digər qrupun isə Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın sahil ərazisinə yaxınlaşması və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılarkən idarə etdikləri qayıqlardan xüsusilə külli miqdarda narkotik vasitə sayılan - 11 kq 25 qram olan qurudulmuş marixuana, 1 kq 370 qram heroin və 170 qram çəkidə 4400 metadon həbləri aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu və Kər Fərzad Anatağun oğluna Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi) maddələri ilə ittiham elan edilərək cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər